Kremlin növbəti imitasiyası, yoxsa?
Qarabağa görə yeni diplomatik həmlə; Putinin problemi «ölü nöqtə»dən tərpətmək niyyəti ciddidirmi?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
Başa çatmaqda olan həftə Dağlıq Qarabağ mövzusunda siyasi-diplomatik hərəkətliliklə yadda qaldı. Rusiyada prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin, ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə ayrı-ayrılıqda Moskva keçirdikləri görüşlər və Putin-Sərkisyan təmasında Qarabağ konflikti diqqət mərkəzində oldu. Gələn həftənin əvvəlində isə Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana turnesi planlaşdırılır.
Bu həftə qeyd alınan siyasi-diplomatik fəallığının konkret nəticə verib-verməyəcəyi isə yəqin ki, elə gələn həftə - Lavrovun səfərinin yekununda bilinəcək. Ola bilsin, budəfəki aktivlik də sırf ilsonu formal bir akkord kimi yadda qalsın. Yəni «quş qoymaq» məsələsi. Yaxud da Kreml sadəcə, digər qlobal güclərə Dağlıq Qarabağ məsələsində bir daha həlledici söz sahibi olduğunu nümayiş etdirmək ehtiyacı duyduğu üçün növbəti dəfə Qarabağ təşəbbüsü ilə çıxış edib.
Hər necə olmasa, «Lavrov planı» deyilən bir plan yenidən masa üzərinə yatırılıbsa belə, bu, elə də real perspektiv vəd eləmir. Çünki ortada «5 rayon» qarşılığında Moskvanın Bakıya qarşı şərtləri də dolaşır ki, onlar da çətin ki, qəbul edilsin. İstənilən halda, ilin Qarabağ mövzusunda necə başa çatacağı xeyli dərəcədə qarşıdakı həftə(lər)də, hətta günlərdə məlum olacaq.
***
Bu arada isə Türkiyə prezidenti Ərdoğan son Rusiya prezidenti Valdimir Putinlə son Soçi görüşü zamanı Qarabağ məsələsinin də müzakirə olunduğunu etiraf edib. Hərçənd, Türkiyə lideri bir elə nikbin danışmayıb. «Putinin Qarabağın həlli ilə bağlı elə də ümidi yoxdur» - jurnalistlərə açıqlamasında Ərdoğan belə deyib.
«Biz cənab Putinlə Dağlıq Qarabağ problemini müzakirə etmişik. Rusiya Ermənistan üzərində təsirə malikdir. İşğal edilmiş 7 rayonun 5-i haqqında öncədən qəbul edilmiş qərarlar var. Ərazilərin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının da qətnamələri var. Bütün bunlara baxmayaraq, Ermənistan silahlı qüvvələri həmin rayonları tərk etmirlər. Əgər bu rayonlar işğaldan azad edilsə, əzəli sakinlər doğma yerlərinə qayıda bilərlər. Biz bu qərarların icra edilməsinin vacib olduğunu vurğuladıq. Cənab Putin məsələyə müsbət yanaşdı, amma mənim anladığım qədərilə hər şeyin həll olacağından elə də ümidli deyil. Məncə, ümidsizlik tərəflər arasında münasibətlərlə bağlıdır», - deyə o qeyd edib.
Politoloqlar da bu xüsusda ehtiyatlı nikbinlik ifadə edirlər. Məsələn, deputat Rasim Musabəyov Axar.az-a bildirib ki, «Düzdür, Soçi görüşünün yekunundan müsbət gözləntilər var, ancaq hazırkı diplomatik fəallığın mühüm bir nəticəyə gətirib çıxaracağını indidən söyləmək çətindir».
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə əvvəllər də belə fəallıqlar olub, ancaq gözlənilən nəticəni əldə etmək mümkün olmayıb: «İstənilən halda bu hərəkətlilik sükutdan və müharibədən yaxşıdır. O ki qaldı Lavrovun səfərinə, bu şəxs ilk dəfə deyil ki, regiona səfər edir. Lavrov Dağlıq Qarabağ məsələsinin həlli üzrə danışıqlarla bağlı il ərzində azı 5 dəfə regionda olub. Ancaq bu səfərlərin heç bir nəticəsi olmayıb».
«Qarabağ münaqişəsinin həlli Türkiyə-Rusiya əlaqələrinin ən mühüm »turnusol» sənədlərindən biridir».
Bu sözləri isə QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, coğrafi olaraq iki ölkə arasında körpü rolunu oynayan Cənubi Qafqaz regionundakı bu məsələnin ədalətli həllinə nail olunmazsa, rus-türk işbirliyinin Avrasiyada və dünyada təhlükəsizlik, rifah cəhətdən hansısa iddia səsləndirməsi inandırıcı olmaz.
«Bu həm də Moskvanın Türkiyə və Avrasiya materikindəki türklərlə yaxşı münasibətlərin qurulmasına nə qədər əhəmiyyət verdiyinin mühüm testlərindəndir. İki ölkə arasındakı münasibətlərin bu testdən heç vaxt keçə bilməyəcəkləri ilə bağlı fikirlər də mövcuddur, ancaq bütün bunlara baxmayaraq, bu Türkiyə və Rusiya arasında olan əməkdaşlıqdan yüksək nəticələr gözləyənlər də az deyil. Doğrudur, tarix və hazırda baş verən proseslər bu əməkdaşlığa inanmayanları haqlı çıxarmaqdadır. Ancaq mən bu iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyini düşünənlərdənəm. Çətin görünür, amma mümkünsüz deyil», - deyə ekspert qeyd edib.
***
Sözsüz ki, Moskva-Ankara münasibətlərinin xarakteri, inkişaf səviyyəsi Cənubi Qafqazdakı duruma, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin dinamikasına da təsisiz ötüşməyən amillərdəndir. Ancaq politoloq Rasim Musabəyovun Qarabağ məsələsində nəticəsizliklə bağlı qənaətini də bölüşməmək çətindir. Məsələ ondadır ki, nəticəsizlik ilk növbədə Rusiyanın məsələdə mövqeyi ilə bağlıdır. Çünki Moskva münaqişənin həllində yox, onun öz maraqları çərçivəsində idarə edilməsində və mövcud status-kvonun saxlanmasında maraqlıdır.
Bu mənada Türkiyə prezidentinin söylədiyi «Putin elə də ümidli deyil» sözlərini Kremlin yalnız növbəti blefi kimi qəbul eləmək lazım gəlir. Hər halda, bu bir gerçəkdir ki, münaqişə tərəflərinə - Bakı və İrəvana ən böyük təsir imkanları məhz Rusiyadadır. Belədirsə, rəsmi Moskva istək olan yerdə problemin həllini «ölü nöqtə»dən asanca tərpədə bilər.
Odur ki, ənənəvi sual bu gün öz aktuallığını saxlayır: Dağlıq Qarabağla bağlı indiki diplomatik həmlə də Kremlin imitasiyası və ya vaxt uzatmaq taktikasıdır, yoxsa gerçək niyyət problemi «ölü nöqtə»dən tərpətməkdir?