vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AKTUAL  
15:08 | 20 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 2755 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qaregin Njdenin davamçıları

Rusiya Müdafiə Nazirliyinin telekanalı Sərkisyanı «faşist» adlandırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Sərkisyanın faşizm bağları

Noyabrın 19-da Rusiya Müdafiə Nazirliyinin rəsmi «Zvezda» telekanalında, «Veronika Kraşeninnikova ilə Proqnozlar» proqramında aparıcı rəsmi Yerevanı Avropa Birliyi ilə əməkdaşlıq haqqında razılaşmanı imzalamaq istəyinə görə sərt tənqidə məruz qoyub və Sərkisyan hökumətinin seçimini Ukrayna hakimiyyətinin siyasi kursu ilə müqayisə edib.

Virtualaz.org bildirir ki, bundan başqa, verilişin müəllifi Hitler Almaniyasının muzduru, Serj Sərkisyan hökuməti tərəfindən övliyalar sırasına daxil edilmiş başıbəlalı faşist Qaregin Njdenin rolundan danışaraq, erməni faşizminin mənbələrinə müraciət edib.

Qeyd edək ki, Njde ölkəni idarə edən hakim Respublika partiyası tərəfindən dini qəhrəman elan edilib.

Onu da xatırladaq ki, faşist Almaniyası ilə əməkdaşlığa qədər, Zaqafqaziyanın sovetləşdirilməsindən əvvəl məhz Q.Njde Dağlıq Qarabağda bir çox Azərbaycan kəndlərinin əhalisinin qırılmasında şəxsən iştirak edib.

Veronika Kraşeninnikova, həmçinin Ermənistanın hakim Respublika partiyasının gerbi ilə Alman Milli-Sosial İşçi Partiyasının simvolikası arasında təəccüblü oxşarlıq aşkar edib.