vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
21:49 | 22 noyabr 2017 | Çərşənbə Məqaləyə 2619 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Strateji yüksəklik və bir neçə qəsəbə

Ukrayna ordusu Luqanskda hücuma keçdi?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna silahlı qüvvələri Luqanskda rusiyameylli separatçılar arasında son günlər yaşanan çaxnaşmalardan istifadə edərək hücuma keçib və bir neçə qəsəbəni geri alıb. Virtualaz.org xəbər verir ki, bu barədə ukraynalı könüllü Yuri Mısyaqin özünün «Facebook» səhifəsində yazıb. Onun bildirdiyinə görə, qoşunlar Svetladorsk rayonu istiqamətində qəfil hücum edib və bir neçə strateji yüksəkliyi alıb. Bir neçə qəsəbə azad edilib.

«Əməliyyat nəticəsində bir neçə kvadratkilometr ərazi bizim nəzarətimizə keçib, bölmələrimiz orada möhkəmlənib», - bloqqer bildirib. O, əməliyyatın 54-cü mexanikləşdirilmiş əlahiddə briqada və «Aydar» könüllü batalyonu tərəfindən həyata keçirildiyini yazıb. Qondarma «Luqansk xalq respublikası»nın nümayəndələri hələlik bu məlumatı nə təsdiq, nə təkzib edib.

Xatırladaq ki, Luqanskda «daxili işlər naziri» İqor Kornetə sadiq silahlılar separatçıların lideri İqor Plotnitskini faktiki olaraq hakimiyyətdən kənarlaşdırıb, bəzi «dövlət obyektlərini» ələ alıb. Plotnitskinin Rusiyaya qaçdığı haqda xəbərlər var.

Hələlik Ukrayna Müdafiə Nazirliyi də Luqanskda keçirilən hücum əməliyyatı barədə hər hansı məlumat vermir.