vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
22:49 | 26 noyabr 2017 | Bazar Məqaləyə 2101 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gec olsun, güc olsun»

Bakı və Brüssel tələsmirlər

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etdi. İlham Əliyev ayrıca, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdü. Tərəflər Azərbaycan NATO arasındakı əməkdaşlığın uğurla davam etdiyini bildirdilər. İlham Əliyev NATO baş katibini Azərbaycana rəsmi səfərə dəvət etdi. Bu səfər və Brüsseldə aparılan danışıqlar göstərir ki, rəsmi Bakı NATO ilə əməkdaşlığı davam etdirəcək. NATO standartları Azərbaycan ordusu üçün çox vacibdir.

İlham Əliyev Brüsseldə Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» Proqramının 5-ci sammitində də iştirak etdi. Ermənistan prezidenti sammitdə Avropa İttifaqı ilə əməkdaşlıq sazişini imzaladı. Rəsmi Bakı ilə Brüssel arasında sazişin mətni isə hələ hazırlıq mərhələsindədir və gələn ilin ortalarına qədər imzalanması planlaşdırılır. Bakı və Brüssel tələsmirlər. Əsas odur ki, imzalanacaq saziş keyfiyyətli olsun. Atalarımız demişkən, «gec olsun, güc olsun». Ancaq istəyimiz odur ki, həqiqətən güc olsun, saziş Azərbaycanla Avropa İttifaqı arasında inteqrasiyanı gücləndirsin. Bu inteqrasiya bizə çox lazımdır. Bütün hallarda Avropa İttifaqı üçün Azərbaycan Ermənistandan daha vacib tərəfdaşdır. Məsələn sammitdə Avropa İttifaqı ilə Azərbaycan arasında Trans-Avropa Nəqliyyat Şəbəkəsinə dair sənəd imzalanması müsbət haldır.

«Şərq Tərəfdaşlığı» Proqramı sammitində qəbul olunan yekun bəyanat Azərbaycanın xeyrinə idi. Avropa İttifaqı bütün tərəfdaşlarının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyini açıqladı. Bundan başqa sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə etdilər və sammit iştirakçılarını regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırdılar. Ancaq onu da unutmayaq ki, belə sənədlərin sayı həddən artıq çoxdur, hamısı da faktiki xeyrimizədir, ancaq münaqişə yerində sayır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)