vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
MƏHKƏMƏ, İSTİNTAQ  
22:34 | 28 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2590 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zərrabdan etiraf

Azərbaycan əsilli milyarder özünü təqsirli bildi

MÖVZU İLƏ ƏLAQƏLİ

İran əsilli türk milyarderi Rza Zərrab ABŞ-da keçirilən məhkəmədə özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilib. Virtualaz.org «Associated Press»ə istinadən xəbər verir ki, bunu amerikalı prokuror Devid Denton bildirib.

Onun sözlərinə görə, Zərrab məhkəmədə İranın həmin ölkəyə qarşı tətbiq edilmiş sanksiyalardan necə yan keçməsi barədə danışacaq. Eyni zamanda, Zərrab özünü təqsirli bilməyən türkiyəli bankir Mehmet Hakan Atillanın işində vacib şahid sayılır. Həbs edilmiş milyarder qeyd edib ki, 2011-ci ildən etibarən ABŞ sanksiyalarını yan keçməyə çalışan İranın tətbiq etdiyi sxem milyardlarla dollar toplamağa və Amerikanın təhlükəsizliyini təhdid etməyə şərait yaradıb.

Atillanın vəkili Viktor Rokko isə əlavə edib ki, Zərrab istintaqla işbirliyinə gedib və həbsxanadan çıxdıqdan sonra dövlətin himayəsinə sığınaraq, ailəsi ilə birlikdə ABŞ-da qalmaq imkanı əldə edə bilər.