vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
22:48 | 3 dekabr 2017 | Bazar Məqaləyə 2356 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bacara bilməyəcəklər»

Ərdoğan: «ABŞ Türkiyəni diz çökdürməyə çalışır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Baş əymədiyimiz üçün ABŞ bizi mühakimə etməyə, etibarsızlaşdırılmağa çalışır». Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrıda sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının yerli təşkilatının konfransında çıxışı zamanı bildirib.

Pulunu verənin PKK terror təşkilatından istifadə etdiyini söyləyən R.T.Ərdoğan Türkiyədə etnik və dini mənsubiyyətinə görə heç kimin təzyiqlə üzləşmədiyini bildirib. Türkiyəni bölməyə çalışanlara qarşı qətiyyətlə mübarizə aparıldığını və aparılacağını bəyan edən R.T.Ərdoğan həmişə kürdlərin hüquqlarını müdafiə etdiyini, hətta Suriyaprezidenti Bəşər Əsədlə münasibətlərinin yaxşı olduğu zamanlar kürdlərin hüquqlarının qorunmasını istədiyini bildirib: «Yaxud Türkiyə İraqdakı, Suriyadakı zülmləri görməzdən gələ bilərdimi? Biriləri öz günlük maraqları üçün zalımlarla birgə ola bilər, amma biz bunu edə bilmərik. Biz bunlarla bağlı ssenarilərə qoşulmadığımız, baş əymədiyimiz üçün ABŞ bizi mühakimə etməyə, etibarsızlaşdırmağa çalışır. Ssenari bəllidir, bunu əlaltıları, FETÖ terror təşkilatı ilə birlikdə edirlər. Bizi bu oyuna sala bilməyəcəksiniz. PKK-nı bunun üçün qızışdırdılar, FETÖ-nu bunun üçün meydana çıxardılar. Hazırda ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədrindən də eyni məqsədlə istifadə edirlər. Millətimiz bilsin ki, bu oyunların heç bir bir-birindən ayrı deyil. Məqsədləri Türkiyəni diz çökdürməkdir. İstədikləri qədər çalışsınlar, bacara bilməyəcəklər».