«Bu çox ciddi bir siyasi kapitaldır»
Eldar Namazov: «Azərbaycan Qarabağ məsələsində lazımi sənədləri təsdiqlətdirə bildi»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ Macarıstanın “saqqızını oğurladı”
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
Zaqreb üçün böyük gün
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
-
Şengen genişlənir
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
-
“Yeni iqtisadi şoklar”
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
-
“Biz birləşmiş və güclüyük”
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
Avropada Çin polis məntəqələri
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
-
Avropada “çirkli pul” araşdırması
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
-
İranla Aİ arasında kritik görüş
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
-
“Anlaşma Rusiyanın neft gəlirlərini azaldacaq”
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
-
Moskvaya növbəti zərbə
Rusiya neftinə maksimum qiymət müəyyən edildi
-
Müharibə cinayətlərinə görə xüsusi məhkəmə
Aİ komissiya sədri: “Ukraynada törədilənlərin araşdırılmasına kömək edəcəyik”
«Yəqin ki, Azərbaycan və Avropa Birliyi arasında imzalanacaq saziş üzərində bir neçə ay ərzində işlər yekunlaşacaq. Biz Avropa ilə əlaqələrimizi daha da gücləndirməliyik». Bu sözləri politoloq Eldar Namazov Modern.az saytına açıqlamasında deyib.
Politoloq bildirib ki, bir neçə gün bundan əvvəl Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sammitində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannamə qəbul edildi.
«Bu onu göstərir ki, Azərbaycan Ukrayna, Moldova və Gürcüstanla bir blokda çıxış edəndə Avropa qurumları tərəfindən bizim ərazi bütövlüyümüzün dəstəklənməsi məsələsi avtomatik həll olunur. Ona görə ki, bu ölkələrin ərazi bütövlüyü ilə bağlı da problemləri var. Hər üç ölkənin də arxasında Avropa dövlətləri dayanır. Azərbaycan Qarabağ məsələsində lazımi sənədləri təsdiqlətdirə bilib. Ərazi bütövlüyümzü beynəlxalq təşkilatlar tanıyıb. Biz bu blokdan uzaqlaşıb tək qalanda isə istədiyimiz qərarları çox çətinliklərlə alırıq. Ona görə də bizim diplomatlarımız bunu nəzərə almalıdır. Bu çox ciddi bir siyasi kapitaldır».