vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SAĞLAMLIQ  
19:00 | 8 dekabr 2017 | Cümə Məqaləyə 3076 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hamiləliyə qarşı həblər döş xərçəngi riski yaradır

«Bütün daxilə qəbul edilən həblər kimi kontraseptivlərin də xeyri ilə yanaşı ziyanı da var»

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Independent» yazır ki, hamiləlyin qarşısını alan müasir kontraseptivlərin fəsadları bundan əvvəl satışda olan dərmanlardan daha azdır. Lakin Danimarkada aparılmış böyük elmi araşdırma göstərib ki, hətta müasir kontraseptivlər də uzun müddət istifadə olunduqda döş xərçəngi riski yarada bilər.

Bununla belə, ümumilikdə kontraseptivlərlə xərçəng arasında bağlılıq elə də güclü deyil. Məsələn, hesablanıb ki, bir il müddətində qəbul edilərkən bu həblər hər 7700 qadından birində döş xərçənginə səbəb ola bilər.

Buna baxmayaraq ekspertlər yaşı 40-ı adlamış qadınlara kontraseptivlərdən başqa vasitələrə müraciət etməyi məsləhət görürlər. Bunlar uşaqlıq borularının bloklanması və ya partnyorların vazektomiya və ya sterilləşdirmə edilməsidir.

Məqalədə deyilir ki, hazırda 140 milyon qadın hormonal kontraseptivlərdən istifadə edir.

Kontraseptivlərin döş xərçəngi riskini 20 faiz artırdığı təxmin edilir. Lakin bu dərmanlardan daha uzun müddətdə istifadə riski daha da artırmış olur. Məsələn, 10 ildən artıq müddətdə istifadə döş xərçəngi riskini 38 faizə çatdıra bilər.

"Təəssüf ki, hormonal kontraseptivlərdən risksiz istifadə mümkün deyil" -Kopenhagen Universiteti Xəstəxanasının professoru Lina Morx (Lina Morch) deyib.

Kolumbiya Universitetinin Tibb Mərkəzindən döş cərrahı Roşni Rao isə məsləhət görür ki, ailəsində döş xərçəngi tarixçəsi olan qadınlar kontraseptivlərdən istifadə barədə həkimlərini xəbərdar etməlidirlər.

«Bütün daxilə qəbul edilən həblər kimi kontraseptivlərin də xeyri ilə yanaşı ziyanı da var» - doktor Rao deyib.