vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
02:55 | 9 dekabr 2017 | Şənbə Məqaləyə 2422 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Delfin»dən ləqəbinə tərs hərəkət

Rusiya generalı «MH17» reysli təyyarənin vurulmasında «maraqlı şəxs» bilinir

MÖVZU İLƏ ƏLAQƏLİ

Nüfuzlu beynəlxalq təhqiqat qrupu Rusiya generalını 2014-cü ildə şərqi Ukrayna səmalarında mülki təyyarənin vurulmasında «maraq doğuran şəxs» qismində müəyyən edib.

Mürəkkəb rəqəmsal texnologiyalardan istifadə etməklə audio və vizual məlumatı təhlil edən «Bellingcat» təhqiqatçı qrupu kommunikasiyalarda «Delfin» ləqəbi ilə təqdim olunan adamın istefaya çıxmış general-polkovnik Nikolay Tkaçov olduğunu bildirən hesabatla çıxış edib.

Tkaçov hazırda Rusiya Mərkəzi Hərbi Dairəsinin baş inspektoru vəzifəsində çalışır.

Hollandiyada qərargahlanan JIT başlıqlı qrup Malayziya Hava Yollarının «MH17» nömrəli reysinin vurulması haqda tapıntılarını 2016-cı ilin sentyabrında dərc etmişdi. Açıqlanan hesabatda «Delfin» və «Orion» psevdonimləri altında çıxış edən iki adamın beş söhbəti nəzərdən keçirilmişdi.

JIT həmin bu şəxslər haqda əlavə məlumat axtarır, hərçənd ki, onların avialaynerin vurulmasındakı rolu bəlli deyil.

JIT bildirib ki, o «Bellngcat» qrupunun açıqladığı hesabatı qeydə alıb, lakin əlavə şərh verməkdən çəkinib.

Hollandıya rəsmiləri deyir ki, 2014-cü ildə Rusiyanın dəstəklədiyi üsyançılar və Ukrayna qüvvələri arasında döyüşlərin getdiyi şərqi Ukrayna üzərindən uçan Malayziya Hava yollarına məxsus təyyarəni Rusiyada istehsal olunmuş raket vurub. Nəticədə 17 saylı reysin 298 nəfərdən ibarət sərnişin və ekipaj üzvünün hamısı həlak olub.

Malayziya hökuməti bu hadisəni törədənlərin məsuliyyətə cəlb olunmalı olduğunu deyib və onlara qarşı ən sərt təbdirlərin görülməsinə çağırıb.