Vahid Ələkbərovun səhmləri müsadirə olunacaq
Rusiya Mərkəzi Bankı açıq hücuma keçir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qalib gələnə qədər!”
Azərbaycanlı milyarder yenə “boz kardinalla” çəkişir
-
«Mənə çatan son məlumata görə...»
SOCAR Vahid Ələkbərovun neftayırma zavodunu almaq istəyir
-
İki böyük kapital birləşir?
Vahid Ələkbərov Azərbaycanda daha bir bank ala bilər
-
«Müəyyən ajiotaj yaradılır ki, ...»
Kremlin «boz kardinal»ı azərbaycanlı milyarderin şirkətinə göz dikibmi?
-
«Sanksiyalar tətbiq olunacağından xəbərdar idim»
Vahid Ələkbərov: «Neftin qiymətinin 100 dollara qayıtmasını istəmirəm»
-
Azərbaycanlı milyarder Rusiyanın ən varlı adamıdır
İlham İsmayıl: «Həmin şəxslərin konkret siyahısı var»
-
«LukOil» 85 milyardlıq investisiya proqramı hazırlayır
Amerikalı və ərəb milyarderlər Ələkbərovun zavoduna göz dikib
-
Ələkbərov 700 milyon itirib
8 ay ərzində 28 rus milyarderin sərvəti 17 milyard dollar artıb
-
Ələkbərov ya payını satacaq, ya da…
Azərbaycanın 45 milyardlıq layihəsi ilə bağlı dilemma
-
Bir gündə 318 milyon dollarlıq itki
ABŞ sanksiya tətbiq etdi, ən çox ziyan azərbaycanlı oliqarxa dəydi
-
Karapetyan Ələkbərovla şərik oldu
Erməni oliqarx «İzvestiya»nın binasını aldı
-
«Dilbər»in tayı-bərabəri yoxdur
Azərbaycanlı milyarderin yaxtası birinci oldu
-
Hillari Klintona hücumun azərbaycanlı maqnatla nə əlaqəsi...
Ələkbərovun oğlunun, Şoyqunun qızının dostu və Peskovla şəkilləri olan Nikulin
-
Azərbaycanda benzinin qiyməti düşə bilər?
«Tənzimlənən qiyməti dəyişmək olmaz»
-
«Satmayacağam!»
Azərbaycanlı milyarder Putinə söz verdi
-
Vahid Ələkbərov «Lukoyl»u Türkiyəyə «köçürür»?
«Bizim zavodlar bu bazara istiqamətlənib»
Rusiya Mərkəzi Bankı hüquq-mühafizə orqanlarının köməyi ilə «Otkrıtie» maliyyə korporasiyasının düşdüyü böhrana görə onun səhmdarları-azərbaycanlı milyarder Vahid Ələkbərov, ortağı Leonid Fedun və bəzi digər biznesmenlərin aktivlərini müsadirə etməyə hazırlaşır. Bu haqda Rusiya KİV-ləri yazır.
Rusiya Mərkəzi Bankı ölkənin bank sektorunun sağlamlaşdırılması tədbirləri çərçivəsində «Otkrıtie» maliyyə korporasiyasında müvəqqəti idarəçilik tətbiq edib və rəhbərliyin qarşısında nizamnamə kapitalında çatışmayan 300 milyard rublu (5 milyard dollar) tapmaq tələbi qoyub. Lakin bankın təsisçisi Vadim Belyayev Rusiyanı tərk edib və geri qayıtmaq niyyətində deyil. Nəticədə dövlət orqanları bankın çatışmayan kapitalına görə onun səhmdarlarının aktivlərini müsadirə etməyi qərara alıb. Vahid Ələkbərov da bankın səhmdarları arasındadır.
Gözlənilir ki, bankın çatışmayan kapitalına görə Vahid Ələkbərovun «Lukoil» şirkətindəki səhmlərinin bir hissəsi müsadirə olunacaq. Rusiyada bank sektorunun konsolidasiyası Fondunun nizamnaməsinə əsasən kredit təşkilatlarının sağlamlaşdırılması tədbirlərində onun sahibləri birbaşa iştirak etməlidir.
Lakin Ələkbərov və digər milyarderlər könüllü şəkildə bankın sağlamlaşdırılmasında iştirak etmək istəməyiblər. Bunu əvvəllər Mərkəzi Bankın sədr müavini Vasili Pozdışev də dolayısı ilə təsdiq edib. Hazırda Mərkəzi Bank qaytarılmayan kreditlərə görə banka 46 milyard rubl həcmində aktivləri qaytarıb, daha 79-81 milyard rubl həcmində aktivlər isə bankın mülkiyyətinə keçmək mərhələsindədir. Buna baxmayaraq yekun məbləğ birmənalı olaraq Mərkəzi Bankın tələb etdiyi məbləğdən aşağıdır.
Mənbələr bildiriblər ki, belə vəziyyətdə səhmdarlar Mərkəzi Bankın tələbini yerinə yetirməyə məcbur olacaqlar. Əks halda onları cinayət məsuliyyəti gözləyə bilər.
Pozdışevin bildirdiyinə görə bankda müvəqqəti idarəçiliyin tətbiq olunması ərəfəsində onun top-menecmenti şübhəli tranzaksiyalar həyata keçiriblər. Bu da bankın aktivlərinin ölkədən çıxarılması şübhəsi yaradıb. Hazırda müvafiq materialları Baş prokurorluq araşdırır.