vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
13:36 | 11 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2603 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kürd yaraqlılarına 400 dollar maaş

ABŞ PKK-nın Suriyadakı qoluna yarım milyard ayırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Müdafiə Nazirliyi İraq və Suriyada İŞİD-ə qarşı mübarizə aparmaq üçün terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri olan YPG-yə 500 milyon dollarlıq silah, sursat, hərbi texnika və avtomobil verəcək.

«Report» bildirir ki, Pentaqon 2017-ci ildə bu məqsədlə 430 milyon dollar vəsait ayırmışdı.

ABŞ hərbi təlimçilərinin hazırladığı YPG silahlılarının hər birinə Pentaqon 200-400 dollar məbləğində maaş verəcək.

Müdafiə Nazirliyinin məlumatına görə, hazırda bölgədə ABŞ-ın 25 min silahlısı var. Bura Pentaqon hərbçiləri, ABŞ-ın dəstək verdiyi silahlılar və s. daxildir. 2018-ci ildə onların sayının daha 5 min artırılması nəzərdə tutulub.

Ümumiyyətlə, gələn il ABŞ Müdafiə Nazirliyinin büdcəsi ötən ilki ilə müqayisədə 74 milyard dollar artaraq, 692,1 milyard dollar olacaq.

Xatırladaq ki, İraq hökuməti terrorçu İŞİD üzərində qələbə qazanıldığını elan edib. Rusiya prezidenti Vladimir Putin isə Suriya ərazisinin 98 faizinə BMT-nin tanıdığı Bəşər Əsəd hakimiyyətinin nəzarət etdiyini, ölkənin demək olar, İŞİD-dən təmizləndiyini bildirib.