vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
17:47 | 11 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2634 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saakaşvili öz ölümündən danışdı

«Prezidentin də necə öləcəyini göstərəcəm»

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Mixail Saakaşvili onu həbsxanaya qaytaracaqları təqdirdə yenidən aclıq aksiyasına başlayacağını deyib. Ukrayna KİV-i xəbər verir ki, o, məhkəmə zalında 2 dövlət himnini də ifa edib.

«Mən qorxmuram. Mən prezidentin necə işləyəcəyini göstərdiyim kimi, onun necə öləcəyini də göstərəcəm. Əgər məni həbsxanaya qaytarsalar, sona qədər aclıq edəcəm. Amma heç də hər kəs bu qətlin necə baş verdiyini bilməyəcək».

O, Ukrayna xalqında azadlıq eşqini heç kəsin söndürə bilməyəcəyini deyib.

Dekabrın 11-də Ukraynada məhkəmə müxalifət lideri Mixail Saakaşvili barəsində qətimkan tədbiriylə bağlı qərarını verməlidir.

Saakaşvilinin «Facebook» səhifəsində qeyd olunub ki, o, Peçerski rayon məhkəməsinə gətirilib.

Saakaşvili dekabrın 8-də axşam saxlanılıb. Daha öncə, dekabrın 5-də tərəfdarları onu polis maşınından çıxarmışdı.