«ABŞ Qarabağ məsələsini həll etməsə, Kreml Bakını...»
«The Hill»: «Gürcüstan Azərbaycanın sayəsində Rusiyanın şantajına boyun əymədi»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
Putinin “inanclı atəşkəsi”
Aysberqin görünməyən tərəfi
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
ABŞ-ın Qafqazdakı həyati əhəmiyyətli maraqları 1990-cı illərdə olduğu kimidir və dəyişməz qalır. Bu maraqlar ondan ibarətdir ki, region dövlətləri müstəqilliklərini qoruyub saxlasın, öz sərhədləri daxilində real suverenliyə malik olsun, bir-birləri ilə sülh şəraitində yaşasınlar və beynəlxalq iqtisadi bazarlar üçün açıq olsunlar.
Bu sətirlər Amerika Xarici Siyasət Şurasının baş elmi əməkdaşı, professor Stefan Blankın «The Hill» qəzetində dərc edilmiş məqaləsindəndir.
Müəllif təəssüflə qeyd edir ki, mövcud reallıq bu maraqlardan ciddi fərqlənir. ABŞ-ın regiona dair son vaxtlar yürütdüyü siyasətin qiymətləndirməsi göstərir ki, Vaşinqton Cənubi Qafqaza laqeyddir. Bu laqeydlik isə regionun problemlərinin dərinləşməsinə, meydanın Rusiya üçün daha geniş açılmasına gətirib çıxarır.
Məqalədə bildirilir ki, Rusiya Gürcüstana qarşı müharibə başlatdı, cəzasız şəkildə onun ərazi bütövlüyünə qəsd etdi. Rusiya habelə məqsədli şəkildə Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsini «əbədiləşdirir», bu münaqişədən Ermənistanda hərbi iştirakını gücləndirmək üçün istifadə edir.
«Moskva öz silahlı qüvvələrindən təkcə Ermənistanı tabeçilikdə saxlamaq üçün deyil, Azərbaycana və Gürcüstana qarşı təhdidlər üçün də istifadə edir. Moskva habelə əhəmiyyətli ölçüdə qeyri-hərbi qüvvələrindən istifadə edərək Azərbaycan və Gürcüstanın siyasi sistemlərini, suverenliyini təhdid altında saxlayır, Ermənistan üzərində iqtisadi hökmranlığa nail olur», - müəllif yazır.
Professor Blank bildirir ki, Ermənistan Rusiyanın girovluğundadır. Çünki ona Qarabağ məsələsində Rusiyanın dəstəyi lazımdır. Bu problem Moskvaya regiona çıxış imkanı verib. Habelə Gürcüstan NATO və Avropa İttifaqına inteqrasiyaya səylər göstərsə də Rusiyanın güclü müqaviməti ilə qarşılaşır.
Stefan Blank yazır ki, Gürcüstan Azərbaycanın sayəsində Rusiyanın energetika şantajına boyun əymədi. Lakin Azərbaycan özü də Rusiyanın Bakıdakı Əliyev administrasiyasına qarşı etnik-dini və siyasi təxribatları, habelə cənubdan İranın təhdidləri altındadır. İranla Rusiyanın Azərbaycana qarşı birgə əməkdaşlığı həmişə mümkündür.
Müəllif Azərbaycanın regionda Rusiyanın asılı olmayan yeganə energetika mənbəyi olduğunu, ancaq demokratiya sarıdan qüsurların da mövcudluğunu qeyd edir. Bildirir ki, ABŞ tərəfdən Bakının davam etməkdə olan demokratikləşmə prosesi ilə bağlı səylər zəifləyib. «Çünki biz onların ərazi bütövlüyünə, Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə laqeyd olmuşuq. Nə qədər ki, ABŞ və Avropa müharibəyə gəlib çıxmayanadək bu problemə ciddi yanaşmayacaq, Bakının onların demokratiya ilə bağlı tənqidlərinə ciddi yanaşacağı ehtimalı da az olacaq. Biz Dağlıq Qarabağ münaqişəsinə ciddi yanaşmaqla və vasitəçilik səylərini gücləndirməklə təkcə Azərbaycan üzərində təsirlərimizi gücləndirmiş olmayacağıq, eyni zamanda Ermənistanın da Rusiyadan asılılığını azaldacağıq, bununla da dinc, demokratik və liberal Qafqazın əsasını qoymuş olacağıq», - müəllif yazır.
Stefan Blanka görə Xəzərin enerji ehtiyatları Avropaya Rusiyaya alternativ baxımından mühümdür. Bundan əlavə Rusiya generalları və rəsmi şəxsləri dəfələrlə Azərbaycanın müstəqilliyini və bütövlüyünü əlindən alıb onu özlərinə tabe etdirmək niyyətləri haqda danışıblar.
«Əgər biz Dağlıq Qarabağ münaqişəsini görməməzlikdən gəlməkdə davam etsək, hansı ki, bu münaqişə yenidən aktivləşmə əlamətləri göstərir, o zaman bu münaqişə daha qızğın müharibəyə çevriləcək və Rusiyanın Azərbaycana qarşı qəti hərbi hərəkətlərinə gətirib çıxaracaq, habelə Rusiyanın Türkiyə, Qara dəniz və Yaxın Şərqdə daha böyük təzyiqlər yaratmasına səbəb olacaq», - professor Blank yazır. (Virtualaz.org)