vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
18:59 | 11 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2284 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qar Brüsseli dondurdu

Yollarda 900 kilometrlik tıxac yarandı, bir çox aviareys ləğv olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Brüsselin «Zaventem» beynəlxalq aeroportu sərnişinləri xüsusi məlumat almadan dekabrın 11-ə planlaşdırılan və güclü qar səbəbindən ləğv olunan reyslərə gəlməməyə çağırıb.

Hava limanının nümayəndələri qarın qrafiki pozmasına hazır olduqlarını, uçuş zolaqlarının təmizlənməsi və hazırlanması üçün lazımi addımlar atdıqlarını bildiriblər. Bu səbəbdən aeroport müvəqqəti olaraq bağlanıb, həmçinin reyslər ləğv olunub və ya gecikib.

Belçikada gecə yağışlarını əvəz edən qar səbəbindən avtomobil tıxaclarında milli rekord müəyyən olunub – onların uzunluğu 900 kilometri ötüb.

Xatırladaq ki, güclü qar Avropanın bir sıra digər iri şəhərlərində də nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradır. Britaniya paytaxtının əsas hava limanı olan Hitrouda aviareyslər böyük ləngimələrlə həyata keçirilir. Almaniyanın maliyyə paytaxtı Frankfurtda 300-dən çox aviareys ləğv olunub, Düsseldorf şəhərinin hava limanı dörd saat bağlı qalıb.