vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
20:03 | 11 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 3002 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İşçilərinin sayını azaltmağa məcburuq»

«Bakı Metropoliteni»ndə ixtisarlar gözlənilir

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bakı Metropoliteni» QSC-nin yeni metro stansiyalarının tikintisi ilə məşğul olan Tikinti Departamentində iş həcmi azaldığından işçilərin sayının azaldılmasına zərurət yaranıb. Bu barədə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar qarşılıqlı razılaşma əsasında işçilər vəzifələrindən azad edilir: «İşçilərə təklif olunur ki, onlara orta aylıq əmək haqqının 2 misli qədər kompensasiya ödənilsin və qarşılıqlı razılaşma əsasında işdən azad edilsinlər, özlərinə iş tapana qədər əllərində pul olsun. Gələcəkdə, iş həcmi artarsa, yeni stansiyaların inşasına başlanarsa, yenə həmin adamlar işlə təmin ediləcək. Artıq 50 nəfər buna razı olub və kompensasiyasını alıb gedir».

Bununla belə, Metropolitenin təklifi ilə razılaşmayanlar da var. N.Paşayevin sözlərinə görə, onların sayı təxminən 10 nəfərdir: «Bu adamlar təklifi qəbul etmək istəmir və qanunvericiliyə uyğun olaraq ştatda qala bilərlər. Amma onlara maaş ödənilməyəcək. Onu da deyim ki, bu, tarixən həmişə belə olub. Maliyyə vəsaiti azalanda metro tikintisində iştirak edən işçilərə bu təklif edilir, çünki iş yoxdur».

Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, bu məsələdə işçilərin sosial vəziyyəti nəzərə alınır: «Şəhid ailələri, məcburi köçkünlərə xüsusi yanaşılır. Həmçinin, əgər bir ailədən iki nəfər varsa, bunlardan biri işdə saxlanılır».