vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
10:35 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 2284 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Krım Ukraynanındır»

ABŞ-ın Rusiyadakı səfiri: «Bu suala beynəlxalq hüquqla tanış olan istənilən şəxs cavab verə bilər»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ukraynanın ərazi bütövlüyü bərpa olunmadan ABŞ və Rusiya arasında münasibətlərin normallaşması mümkün deyil». Virtualaz.org bildirir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman özünün «Twitter» səhifəsində yazıb.

Səfir «Krım kimindir» sualına belə cavab verib: «Bu suala beynəlxalq hüquqla tanış olan istənilən şəxs cavab verə bilər. Krım Ukraynanındır. Rusiya-Amerika əlaqələrinin yaxşılaşması üçün Ukraynanın ərazi bütövlüyünün bərpası çox vacibdir».

Virtualaz.org xatırladır ki, dünən ABŞ Dövlət Departamentinin başçısı Reks Tillerson rəsmi Vaşinqtonun Krım məsələsinə qayıtmaq fikrində olduğunu demişdi. O həmçinin qeyd etmişdi ki, ABŞ üçün ən vacib məsələlərdən biri Donbasda vəziyyətin tənzimlənməsidir.

Bu gün jurnalistlərə verdiyi açıqlamada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Krım mövzusu müzakirə oluna bilməz: «Əlavə ediləcək heç nə yoxdur. Bu mövzu heç bir halda müzakirə obyektinə çevrilə bilməz».