vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
23:47 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 2430 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Birinci vitse-prezident Böyük Britaniyanlı nazirlə görüşdü

Mehriban Əliyeva Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti ilə qəbul edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 14-də Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafına xidmət etdiyini bildirib. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Böyük Britaniya ilə bir sıra sahələrdə əməkdaşlıq qurduğunu deyən Azərbaycanın Birinci vitse-prezidenti neft-qaz sahəsində əlaqələri xüsusi vurğulayıb və bu əlaqələrdə Böyük Britaniyanın BP şirkəti ilə əməkdaşlığı qeyd edib. BP şirkətinin 20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərdiyini deyən Mehriban Əliyeva ölkəmizdə bu əməkdaşlığın çox yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu il «Azəri-Çıraq-Günəşli» layihəsinin yeni mərhələsinə start verilib, yeni müqavilə imzalanıb. Bu isə mövcud əməkdaşlığın həm Böyük Britaniyanın, həm də Azərbaycanın maraqlarına cavab verdiyini nümayiş etdirir. «Şahdəniz-2» layihəsində BP-nin əsas investor olduğunu, gələn il TANAP layihəsinin başa çatacağını deyən Azərbaycanın Birinci vitse-prezidenti qeyd edib ki, bu layihələrlə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Gələcəkdə iqtisadiyyatın digər sahələrində, o cümlədən qeyri-neft sektorunda da geniş və uğurlu əməkdaşlığın qurulmasının vacib olduğunu deyən Mehriban Əliyeva diqqətə çatdırıb ki, ticarət dövriyyəsinin artması, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin böyük perspektivləri var. Birinci vitse-prezident bu səfərin əməkdaşlıq baxımından yeni imkanlar yaradacağına əminliyini ifadə edib.

Xalqlarımızın bir-birini daha yaxından tanıması üçün humanitar sahədə əməkdaşlığı xüsusi vurğulayan Mehriban Əliyeva Azərbaycan ilə Böyük Britaniya arasında son illər təhsil sahəsində də əlaqələrin genişləndirildiyini qeyd edib, ölkəmizdə 16 məktəbdə təhsilin ingilis dilində aparıldığını, yüzlərlə azərbaycanlının Böyük Britaniyada təhsil aldığını bildirib.

Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyən Mehriban Əliyeva Azərbaycanın Təhsil Nazirliyi ilə Oksford Universiteti arasında yüksək səviyyəli əlaqələrin qurulduğunu vurğulayıb. «Mən bizim ikitərəfli münasibətlərimizi yüksək qiymətləndirirəm», - deyən Mehriban Əliyeva gələcəkdə qarşılıqlı maraqlar əsasında daha geniş əməkdaşlığın qurulacağına əminliyini bildirib.

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ölkəmizdə ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qonaq Azərbaycanda keçirdiyi görüşlərdən danışıb, aparılan müzakirələrin ikitərəfli münasibətlərimizin genişləndirilməsi və daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.