vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BANK, BİRJA, SIĞORTA  
21:19 | 3 yanvar 2013 | Cümə axşamı Məqaləyə 2046 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mərkəzi Bankın məqsədi bəlli oldu

2013-cü il üçün prioritet nağdsız ödənişlərin miqyasını artırmaqdır

Trend

Azərbaycan Mərkəzi Bankının (AMB) 2013-cü il üçün fəaliyyətinin mühüm prioritetlərindən biri nağdsız ödənişlərin miqyasının genişləndirilməsidir. Trend-in məlumatına görə, bu barədə AMB-nin 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

"Vergi, rüsum, icarə haqqı və digər ödənişlərin dövlət qurumlarına elektron formada ödənilməsinin təmin edilməsi məqsədilə yaradılmış "Hökumət Ödəniş Portalı"na növbəti ildə də aidiyyəti qurumların inteqrasiyası istiqamətində zəruri tədbirlər görüləcək", - bəyanatda deyilir.
Həmçinin "Azərpoçt" MMC-nin xidmət şəbəkəsi vasitəsilə regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təmin olunacaq.
Bundan əlavə, Azərbaycanda nağdsız ödənişlərin payını artırmaq üçün AMB Milli Ödəniş Şurasını təsis edib, Şuranın tərkibinə müvafiq strukturlar daxil olub.
Bəyanata əsasən, 2012-ci ilin 11 ayı ərzində AMB-nin Milli Ödəniş Sisteminin infrastrukturu vasitəsilə ödənişlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz artaraq 104,8 milyard manat təşkil edib.
2012-ci ilin 11 ayında dövriyyədə olan ödəniş kartlarının sayı 9,7 faiz, quraşdırılmış bankomatların sayı 5,1 faiz, POS-terminalların sayı isə 3 dəfəyə yaxın artıb.