Paraqvay parlamenti Xocalı soyqırımını tanıdı
Milli Konqresin Deputatlar Palatası bəyanat qəbul edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ermənilərlə birgə yağmalayıblar
366-nın əməlləri 30 il sonra üzə çıxır
-
Əşirət soyqırımı törədən ermənilər
“600.000-dən çox kürdü qətlə yetirdilər”
-
Dostunu göstər deyim kimsən
Yaxud törətdikləri qətliamlarla yadda qalan iki qardaş ...
-
Ermənilər Xocalının kəndlərindən gedir
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
-
Stoltenberq tarixi pis bilir
NATO baş katibinin II Dünya müharibəsindən sonra baş verən soyıqırımlardan xəbəri yoxdur
-
Katın, yoxsa Xatın ...
Cəlladların söz oyunu və tarixin yaddaşı
-
Buça Xocalının davamı idi
Ukraynadakı vəhşiliyi törədən cəza batalyonlarıdır, məsələn Vaqner
-
Buça qətliamı BMT-də
Təhlükəsizlik Şurası diqqəti mülki şəxslərin qətlinə yönəldir
-
Bu dəfə ağlamadım ...
Çünki Qarabağda üfüqlər sakit deyil!
-
İrəvandan Rusiyaya ittiham
Dövlət Duması üzvlərinin Bakı səfəri erməniləri çilədən çıxarıb
-
“Xocalı bu olub”
Pantomima tamaşası Sofiyada dilləri qurudan soyqırımı sözsüz nümayi. etdirdi
-
Azərbaycanda həyat durdu
Bir dəqiqəlik sükut
-
Xocalılı körpəyə göndərdiyim oyuncaq
Bəs bizim itirilmiş uşaqlığımızı kim qaytaracaq?
-
“Qurtuluş istəyirsinizsə...”
Ankaradan İrəvana hədə kimi mesaj
-
Bakıda ümumxalq Xocalı izdihamı
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak edib
-
İnsanlığı sarsıdan soyqırım
Rusiyalı xanım jurnalisti Xocalıda şoka salan mənzərə
Paraqvay Milli Konqresinin Deputatlar Palatası 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımının pislənilməsi və 26-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib.
Bəyanatda qeyd edilir ki, Xocalı qətliamı Ermənistan və Azərbaycan arasındakı münaqişənin hərbi fazasının üç ili ərzində mülki əhalinin məruz qaldığı ən böyük hücum olub, nəticədə etnik xarakterli səbəblərə görə 63 uşaq, 106 qadın və 70 yaşlı insan olmaqla 613 azərbaycanlı qətlə yetirilib, 1275 sakin əsir düşüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil; bundan əlavə, 76-sı uşaq olmaqla, 487 nəfər Xocalı sakini şikəst edilib, 26 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib. Bu faktın Azərbaycanın müxtəlif qurumları və müstəqil mənbələr tərəfindən tam sənədləşdirildiyi qeyd olunub.
Sənəddə bir sıra dövlətlərin Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu soyqırımı və insanlıq əleyhinə cinayəti pislədiyi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən silahlı işğalının qınanıldığı, həmçinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə etdikləri vurğulanıb.
Bəyanatda BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli Qətnamələr təcavüzün dayandırılmasını, diqqətin qurbanlara yönəldilməsini və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin həlli yolu kimi dialoqu təşviq etdiyi bildirilir.
Deputatlar Palatası qeyd olunanları və beynəlxalq humanitar hüququn əsas prinsip və normalarına hörmət edilmədiyini əsas tutaraq 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımını pislədiyini və bu insanlıq əleyhinə cinayətin 26-cı ildönümünün anılması münasibətilə Azərbaycan xalqına öz həmrəyliyini ifadə etdiyini bəyan edib.