Terror hədələrinə qarşı əməliyyat
Ölkənin təhlükəsizliyini açıq təhdid edən radikal silahlı qüvvələrin zərərsizləşdirilməsi üçün şimal və şimal-qərb bölgələrində əməliyyat tədbirləri keçiriləcək
Teymur HƏSƏNLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
VII Muğam televiziya müsabiqəsinin seçim turları başa çatıb
Mart ayında 20 gənc ifaçı qalibiyyət uğrunda istedadını nümayiş etdirəcək
-
Akif Çovdarov ölüm ayağında
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
-
«Reket»in beləsi görülməyib
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
-
«Mən Eldar Mahmudovun üzünə durmamışam»
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
-
Keçmiş nazir üzə çıxdı
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
-
Mahmudov həbsə gedir?
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
-
Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
-
Çovdarova 12 il həbs verildi
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
-
«Özümü öldürmək istədim ...»
Çovdarov: «... amma fikirləşdim ki, ...»
-
«Böhtan və yalanın dəhşəti ondadır ki...»
4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi
-
Tağı Əhmədovun başı dərddə
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
-
Materialları diskdən necə silinib?
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
-
«İstəsəm ölkədən elə qaçardım ki, izimi-tozumu tapa bilməzdilər»
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, həbsdəki general Elçin Quliyevdən «çox şeyi danışacam» anonsu
-
Susmaq razılıq əlamətidir?
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
-
«Əl çəkin məndən...»
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
-
«Nə qədər şər-böhtan demək olar?»
Tağı Əhmədovun həyat yoldaşı ərinin milyonları barədə
Son vaxtlar Azərbaycana qarşı davamlı terror hədələri, radikal dini qrupların fəallaşması, Suriyaya döyüşməyə gedən azərbaycanlıların sayının artması ilə bağlı xəbərlər ölkənin müvafiq rəsmi qurumlarını hərəkətə gətirib. «Meşə Qardaşları», «Ceyşullah» kimi radikal silahlı qrupların adından yayılan açıq təhdid bəyanatları Azərbaycanın təhlükəsizliyi baxımından çox ziyanlı sayılır və ölkənin rəsmi qurumları hesab edirlər ki, bu cür bəyanatlarla insanlar arasında xof, təşviş yaratmaq, eləcə də hüquq-mühafizə orqanlarının nüfuzuna zərbə vurmaq məqsədi güdülür.
Eyni zamanda adıçəkilən təşkilatların əvvəllər Azərbaycanda terrorçuluq fəaliyyətlərinin olması və qətllər törətməsi hüquq-mühafizə orqanlarının yenidən fəallaşan bu radikal silahlı qruplarla bağlı əməli addımlar atmasını zəruri edib. «Yeni Müsavat»ın etibarlı mənbələrdən aldığı məlumata görə, yayılan bu xəbərlərlə yanaşı hüquq-mühafizə orqanlarına bir sıra əməliyyat məlumatları daxil olub və buna görə də ölkənin bir sıra rayonlarında, xüsusən də şimal və şimal-qərb bölgələrində həyat keçiriləcək əməliyyat tədbirləri hazırlanıb. Məlumatda bildirilir ki, bu əməliyyat tədbirlərini ölkənin bir neçə hüquq-mühafizə orqanlarının xüsusi dəstələrinin əməkdaşları birlikdə keçirəcəklər.
Xəbərdə o da deyilir ki, «Meşə Qardaşları» və «Ceyşullah»ın hədələri ilə yanaşı adları açıqlanmayan başqa yeni yaranan radikal qruplar da var.
Bu əməliyyat çərçivəsində həmin qrupların da zərərsizləşdirilməsi, eyni zamanda azərbaycanlı gənclərin Suriyaya döyüşməyə göndərilməsi istiqamətində fəaliyyət göstərən qruplar və onların liderləri ilə bağlı da tədbirlər görüləcək.
Qeyd edək ki, gənclərin Suriyaya göndərilməsi məsələsi fevralın 3-də parlamentdə də ciddi şəkildə müzakirə olunub. Deputatların bir çoxu belə şəxslərin cinayət məsuliyyətinə cəlb olunması, vətəndaşlıqlarının ləğv edilməsi kimi sərt təkliflər irəli sürüblər.
Bundan başqa, son vaxtlar ölkənin dini məkanında gərginlik yaradılmasına, təriqətlər arasında savaş çıxmasına çalışan qüvvələrin də olduğu bildirilir. Bu məsələlər də ölkənin rəsmi qurumları tərəfindən narahatlıqla qarşılanır və aldığımız məlumatda həyata keçiriləcək tədbirlər bu cür qüvvələrin aşkarlanmasını da əhatə edəcək.
Bununla bağlı fikirlərini öyrəndiyimiz ekspertlər hesab edirlər ki, Azərbaycan hüquq-mühafizə orqanlarının bu istiqamətdə addımlar atması çox doğru olar və bu vacibdi. Ekspertlərin fikrincə, ölkəni, xüsusən də onun hüquq-mühafizə orqanlarını açıq təhdid edən radikal qruplara qarşı ciddi addımlar atılmalı və önləyici tədbirlər görülməlidir.
Qeyd edək ki, son günlərdə ard-arda «Meşə Qardaşları» və «Ceyşullah» Azərbaycana qarşı savaş elan etdiklərini, hərbi əməliyyatlara başlamağa hazırlaşdıqlarını bildiriblər. Ümumi hədələrin ardınca isə «Meşə Qardaşları» Azərbaycan polisini hədəfə alaraq belə bir bəyanat yayıb: «Əməliyyat hazırdır. Polislərin evləri partladılacaq. Qəddar Azərbaycan polislərinə terror hazırdır. İlk hücumda 100-dək polis öldürüləcək».
«Yeni Müsavat» bu hədə bəyanatları ilə bağlı rəsmi qurumlardan mövqe öyrənməyə çalışıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı hər hansı bir şərh vermək istəmədi.
Bundan əvvəl isə Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev demişdi ki, ölkənin milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.
Bu məsələ ilə bağlı əlavə məlumatlar olduqca, yayacağıq.