vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
23:41 | 25 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2297 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə və İrandan Rusiyaya etiraz

İstədiklərinə nail oldular

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Soçi şəhərində keçiriləcək Suriya Milli Dialoq Konqresinə 23 kürd təmsilçinin qatılacağı açıqlanıb.

APA TV-nin məlumatına görə, PYD-nin Türkiyə və İranın etirazları səbəbi ilə qatılmayacağı bildirilir. Bunu Suriya Kürdləri Milli Şurasının rəhbəri Kava Əzizi «Sputnik»ə deyib.

«Konqresin 29-30 dekabrda başlaması gözlənilir. Biz hələlik dəvət olunmamışıq. Ancaq dəvət gələrsə qatılarıq. İndiyə qədər şuramız və PYD-dən başqa 23 kürdə dəvət gedib. Bu 23 kürd elm adamı, müstəqil şəxslər və başqalarından ibarətdir. PYD, YPG və YPJ-dən isə kimsə dəvət edilməyib. PYD Türkiyə və İranın etirazlarına görə çağırılmayıb».

Suriya Kürdləri Milli Şurası Soçidə keçiriləcək konfransın önəmli olduğunu bildirib. Əzizi bəzi şəxslərin də Türkiyə və İranın etirazına görə konqresə dəvət edilmədiyini deyib.