«Benzinə dizel qarışdıra bilmirlər»
Putin sürücülərin kütləvi şəkildə işdən çıxmasını belə əsaslandırdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Rusiya hərbçi sayı 180 min artdı
Müharibə rus əsgərlərin kütləvi ölüm yerinə çevrilib
-
“Reklam müharibəsi”
Tramp və Harris kampaniyalarının məbləğinin 10 milyardı keçəcəyi gözlənilir
-
Rusiyadan Qərbə “səbir tükənir” xəbərdarlığı
London isə Putini zorakılıqda ittiham edir
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Rusiyadan ixraca məhdudiyyətlər
Putin uran, titan və nikelin xarici bazarlara çıxarılmasına qarşıdır
-
Putinin Şərqə səfərləri ...
... Yeni təsir axtarışı?
-
Tramp Putindən inciyib
Rusiya prezidentinin Hariisi dəstəkləməsi respublikaçı namizədi məyus edib
-
“Mümkün və zəruridir”
Orban: “Sülh planını gözləsək, heç vaxt sülh olmayacaq”
-
Gəncliyin sirri
Rusiya prezidenti alimlərə qocalmanın təsirini azaltmaq üçün araşdırma aparmağı tapşırıb?
-
“Atıcılıqla döyüş meydanında atəş açmaq eyni deyil”
Putin Ukraynada döyüşməyə hazırlaşan çeçen qoşunlarını yoxlayıb
-
... Putin Çeçenistana gedib
2011-ci ildən bəri ilk dəfə ...
-
Rusiyada yaşamaq iznini asanlaşdıran fərman
Üstünlük hansı əcnəbilərə şamil olunacaq?
Rusiya prezidenti Vladimir Putin «Qazprom» şirkətinin sürücülərinin son zamanlar kütləvi şəkildə işdən çıxmasının səbəbini onların benzine dizel qarışdıraraq yanacaq əkişdirməsinin artıq mümkün olmaması ilə əsaslandırıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin bu barədə Dövlət Şurasının iclasında danışıb.
Rusiya prezidentinin sözlərinə görə, «Qazprom»a məxsus avtomobillərin qaz-mühərrik yanacağına keçirilməsi nəticəsində sürücülər benzinə dizel qarışdıra bilmirlər. «Qazprom» öz avtomobil nəqliyyatını qaz-mühərrik yanacağına keçirib və effekti dərhal özünü göstərib: sürücülər kütləvi şəkildə işdən çıxırlar, çünki qarışdırmağa bir şey qalmır. Hesab edirəm ki, şərh vermək artıqdır», - Putin bildirib.
Rusiya prezidentinin dediyinə görə, belə vəziyyət Müdafiə Nazirliyində və digər dövlət strukturlarında da müşahidə olunur. Bununla belə Putin dövlət müəssisələrinə məxsus avtomobillərin qaz yanacağına keçirilməsini dəstəkləyib.
«Şübhəsiz ki, bizim bu məsələdə böyük rəqabət üstünlüyümüz var, çünki bizdə qaz yanacağı kifayət qədərdir, xarici bazarlarda isə neft və neft məhsullarının satışı belə desək, qazın satışından sərfəlidir», - Putin deyib.