vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
16:58 | 3 yanvar 2018 | Çərşənbə Məqaləyə 2717 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir «Sepah»çı öldürülüb

İranda kütləvi etirazlar bütün ölkəni bürüyür, iğtişaşlarda silahlar işə düşdü

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda ruhanilərin hakimiyyətinə qarşı altı gün əvvəldən başlanan kütləvi etirazlar ölkənin bütün iri və kiçik şəhərlərini bürüyüb. Etirazçıların səsləndirdiyi əsas şüarlardan biri «Xameneyiyə ölüm» və «İslam Respublikasını istəmirik» şüarlarıdır.

Etirazlar, yanvarın 1-də Tehranın Firdovsi meydanında və paytaxtın digər bir neçə məntəqəsində davam edib və aksiyaçılar «Xameneyiyə ölüm», «Diktatora ölüm», «Millət acından dilənir, Ağa (Xameneyi) isə Allahlıq edir», «İstiqlal, azadlıq, İran Respublikası», «Seyid Əli! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək», «Suriyanı burax, bizə gün ağla» və digər şüarlar səsləndirərək hakimiyətə etirazlarını bildiriblər. Paytaxtın bir neçə məntəqəsində etirazçılardan bəziləri polis tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.

İsfahan əyalətinin Qəhderican şəhərində isə hökumət qüvvələri «Xameneyiyə ölüm» şüarı səsləndirərək bir polis qərargahına od vuran gənc aksiyaçılara odlu silahdan atəş açıblar. Atəş nəticəsində bir neçə nəfər ölüb, bir neçə nəfər isə ağır yaralanıb. Həmçinin həmin əyalətin Nəcəfabad şəhərinin Kəhrizsəng məntəqəsində «Sepah» qüvvələri ilə bəzi aksiyaçılar arasında atışma olub. Atışma nəticəsində bir neçə aksiyaçı həyatını itirib, «Sepah»ın hava-kosmik qüvvələrinin əməkdaşı Səccad Şahsənayi, etirazçılardan birinin ov tüfəngi ilə açdığı atəş nəticəsində həlak olub, ən azı daha 3 «Sepah»çı da yaralanıb.

Həmin gün Xameneyi rejiminə qarşı etirazlar, Kirmanşah, Sənəndəc, Ərdəbil, Dehloran və daha bir neçə şəhərdə davam edib.

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, «Bahalığa yox» adı altında «Teleqram» sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.

Son günlər, İranın 40-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, yoxsullu]a və repressiyalara, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xameneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Etirazlar davam etdir.