İrandakı aksiyalar kimin əlinə oynayır?
«Qazan daşanda qapağını kənara çəkirlər ki, ...»
Vilayət MUXTAR
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
“İranın üç konsulluğu bağlanıb”
Vətəndaşının edamı Almaniya hakimiyyətini hiddətləndirib
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Peycer hücumundan sonra İran təhlükə altındadır
İsrail əməliyyatının əks-sədası Tehrana birbaşa hücum ehtimalını artırır
-
Pezeşkiyanın İsrail bəyanatı
Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
“Məni 2898 gün zindanda saxladılar”
Namazi İranda məruz qaldığı işgəncələri izah etməkdə çətinlik çəkib
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Hicab taxmayanların sayı sürətlə artır
İranda diqqətçəkən mənzərə
-
“Qadınlar, həyat, azadlıq”
Parisdə yüzlərlə insan İran qadın hərəkatına dəstək nümayişi keçirib
İranın Məşhəd şəhərində başlayan etiraz aksiyaları getdikcə ölkənin digər yerlərinə də yayılmağa başlayıb. Artıq İran hakimiyyəti polis və mülki geyimli təhlükəsiz güclərini aksiyaların yatırılmasına cəlb edib. İranda baş verənlərin nə ilə yekunlaşacağı və ya prosesin başlama səbəbləri qaranlıq olaraq qalır.
«Orta Doğu» Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İranda keçirilən aksiyaların bir neçə səbəbdən qaynaqlandığını deyib. S.Soltan hesab edir ki, etirazların ilk səbəbi İranda sosial vəziyyət ağırlaşmasıdır: «Atılan hər güllə millətin, vətəndaşın cibindən gedir. Bu güllə uşağın, təqaüdçünün, vətəndaşın, prezidentin puludur. İran bir neçə ildə İraq, Suriya və Yəməndə xeyli pul xərcləyib. İranda isə bu sayaq xərclənən pulların hesabatı aparılmır. İranda ümumiyyətlə, neft gəlirləri və onun xərclənməsi ilə bağlı şəffaflıq yoxdur. Amma bütün hallarda xərclənən bu pullar ölkənin iqtisadiyyatına təsir göstərir. Fikir verirsizsə, həmin aksiyalarda səslənən şüarlar və tələblər sosial problemlərlə bağlıdır. Maaşların verilməsi, iş şəraitinin yaxşılaşdırılması və Ayətullah Xameneyiyə yox, Həsən Ruhaniyə istefa səsləndirilir. Yəni, bu prespektivdə Qərblə danışığa gedə biləcək potensial Həsən Ruhani hakimiyyətinə qarşı etiraz aksiyasıdır. Bu aksiya bütövlükdə rejimə qarşı deyil, yalnız və yalnız Həsən Ruhani və kabinetinə qarşıdır. Amma bütövlükdə isə mahiyyət etibarı ilə məsələ bundan ibarətdir ki, 3 ildə İraq, Suriya və Yəməndə xərclənən pullar İran iqtisadiyyatına güclü təsir göstərib və Qərbin hesabladığı və itələmək istədiyi bu bataqlığa düşüb. Pullar xərclənib və geri dönüşü yoxdur. Məsələn, İraqa pul xərclədi, bəs İran bundan nə qazandı? Heç nə! Suriyada Əsəd rejimini müdafiə etdi, bu gün də etməkdədir. Qazancı nədir? Heç nə! Yəməndə husilərə raket verdi və onları bütövlükdə dəstəklədi. Nə qazandı? Husi qiyamçıları İrana pul gətirdimi? Bəşər Əsəd və ya İraq İrana pulmu verir? Xeyr! Bunlar hamısı İran və Rusiyanın bölgədə pul xərcləməsi üçün qurulmuş tələ idi. Hər ikisi də bu tələyə düşdü. İranda keçirilən aksiyalar da sosial tələblərlə bağlıdır və bu sosial tələblər ödənilməsə, ehtimal olunur ki, böyük aksiyalar keçirilsin».
Sədrəddin Soltan vurğulayıb ki, etiraz aksiyalarının genişlənməsinə baxmayaraq, bu, hələ ki, rejimin sonu deyil: «Çünki hələ bir çox məsələlər var. Məsələn, İranda keçirilən aksiyalara başqa formada baxmaq olar. Ola bilər ki, baş verənlər İran hakimiyyətinin daxildə yaşanan fikir ayrılıqlarının, qarşıdurmaların təzahürüdür. Tutaq ki, İranda hökumət və ya islahatyönümlü qüvvələr Qərblə danışığa getmək istəyir, amma mühafizəkar qüvvələr buna qarşıdır. Bu cür etiraz aksiyaları təşkil olunur və hakimiyyətə olan kiminsə əlinə oynayırlar. Ya bunu Xameneyi tərəfdarları islahatyönlü olduğu ehtimal olunan hakimiyyət qüvvələrə qarşı hazırlayır. Onun da görünən tərəfi Həsən Ruhanidir. Ya da əksinə islahatçılar deyir ki, mühafizəkarlar bizi öldürür. İslahatçılar görüntü yaradır ki, Qərblə danışığa getmək istəyir, amma mühafizəkarlar ölkə daxilində etiraz aksiyası təşkil etməklə bu prosesin qarşısını alır. Yəni, hər iki halda bu, hakimiyyətdaxili münaqişənin təzahürü ola bilər. Çünki İranda keçirilən aksiyalar Ayətullah Xameneyiyə, İran İnqilab Keşişçiləri başçısına və ya İraq, Yəmən, Suriyadakı hərbi hərəkatda iştiraka qarşı deyil. Bu aksiyalar sosial tələblərlə bağlıdır».
Ekspert qeyd edib ki, etirazların hakimiyyət tərəfindən təşkil olunduğu da istisna deyil: «Digər tərəfdən İranda ara-sıra bu sayaq etiraz aksiyaları keçirilib ki, cəmiyyətin köpü alınsın. Ya da İranda ehtimal olunan hərəkatının qabağını almaq üçün bu cür gediş edirlər. Hərəkatdan qabaq bir hərəkat keçirirlər ki, cəmiyyətdə ola biləcək etiraz aksiyalarının qarşısı alınsın. Qazan qaynayanda qapağını bir az çəkirsən ki, daşıb ocağı söndürməsin. İran hakimiyyəti də bu cür aksiyalar təşkil edə bilər ki, buxarı çıxsın». (cebhe.info)