vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
14:02 | 17 fevral 2018 | Şənbə Məqaləyə 3685 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ Öcalanı və Qəndili sildi

Tillersonun təklifinin sirri...

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ PKK lideri Abdullah Öcalanı və Qəndil rəhbərliyini silib. Bu sözləri ABŞ Dövlət katibi Reks Tillersonun Türkiyəyə «PYD PKK-ya qarşı vuruşa bilər» təklifini şərh edən ehtiyatda olan türk polkovnik Ünal Atabay deyib.

Atabayın sözlərinə görə, ABŞ Qəndilə uzun müddətdir rəhbərlik edən heyəti silməyi və qruplaşmanın Suriya qolu olan, daha çox yoxlamara məruz qalan YPG-nin daxilində yeni bir PKK-nın yaradılmasını planlaşdırır. Ağ Ev bu planın ilk addımlarını hələ oktyabr ayında ataraq Öcalanın «hörmətə layiq olmayan» şəxs olduğunu açıqlayıb. Bu açıqlama Qəndil rəhbərliyi və Öcalanla münasibətlərin davam etdirilməyəcəyi istiqamətində mesaj olub.

«YPG-nin PKK-ya qarşı döyüşdürülməsini sadəcə olaraq terror qruplaşmasının rəhbərliyinə qarşı addım kimi qiymətləndirmək lazımdır. Qruplaşmanı aradan qaldırmaq kimi bir niyyətləri olmayacaq. Əksinə, 4 ölkədəki silahlı qrupların (HPG-Türkiyə, YPG-Suriya, PJAK-İran, PÇDK-İraq) strukturu mühafizə edilərək YPG nəzdində yeni ad altında yeni bir PKK yaradılması istənilir», - Atabay bildirib.

Atabay həmçinin Vaşinqtonun PKK üzərində nəzarəti YPG qədər dərinləşdirə bilmədiyini və əməkdaşlıq edəcəyi yeni liderlər axtardığını bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillersonun YPG-PKK ilə bağlı açıqlamasına cavab olaraq Türkiyə Menbiçdə birgə fəaliyyət göstərməyi təklif etmişdi.