vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
09:55 | 12 fevral 2014 | Çərşənbə Məqaləyə 2095 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir qadağa

Mərkəzi Bank evlərin kreditlə satışındakı şərtləri sərtləşdirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda mənzillərin kreditlə satışına müəyyən məhdudiyyətlər tətbiq edilməyə başlanıb. AzVision.az-a daxil olan məlumata görə, Mərkəzi Bankın kreditlərlə bağlı qəbul etdiyi qadağa əmlak bazarından da yan keçməyib. Mərkəzi Bankın müvafiq göstərişinə əsasən, kreditlə mənzil almaq istəyən şəxslər bundan sonra təkcə yaşayış yerindən arayış deyil, iş yerindən də arayış təqim etməlidirlər.

İlkin ehtimallara görə, kreditlə mənzil almaq üçün rəsmi arayışda qeyd olunan aylıq əməkhaqqı isə minimum 600-700 manat təşkil etməlidir.

Əməkdaşımız kredit qadağası ilə əlaqədar bir neçə tikinti şirkəti ilə əlaqə saxlayıb. Özəl tikinti şirkətləri sözügedən qadağanın artıq bir həftədir qüvvədə olduğunu bildiriblər. Onlar bu barədə Mərkəzi Bankdan göstəriş aldıqları qeyd edirlər. 

Şirkət təmsilçiləri həmçinin müvafiq qadağanın onların işinə mənfi təsir göstərəcəyindən narahatdırlar. 

Ekspertlər hesab edirlər ki, Mərkəzi Bankın qərarı mənzil satışının xeyli aşağı düşməsinə gətirib çıxaracaq. Çünki, mənzil alıcılarının böyük əksəriyyəti maaş sistemi əsasında fəaliyyət göstərmirlər. Daha çox özəl biznes və şəxsi təsərrüfat sahələrində çalışanlar yeni tikililərdən kreditlə mənzil almağa üstünlük verirlər. Yüksək maaş alan şəxslər isə daha çox ipoteka kreditlərindən yararlanırlar. 

Bu baxımdan Mərkəzi Bankın kredit qadağasının əmlak bazarına mənfi təsir edəcəyi proqnozlaşdırılır. 

Qeyd edək ki, indiyədək əksər yerli tikinti şirkətləri mənzillərin kreditlə satışını daxili sənədləşmə əsasında həyata keçirirdilər. İş yerindən arayış isə tələb olunmurdu. Sənədləşmə minimumum 25 faiz ilkin ödəniş və tək şəxsiyyət vəsiqəsi ilə aparılırdı.