Əhmədinejad Xamneyiyə məktub yazdı
Eks prezident dini liderdən nə tələb edb?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«İran ikiqat dalandadır»
Qərb mətbuatı: «Biz onları düzgün yola gətirməliyik»
-
İrandakı aksiyalar kimin əlinə oynayır?
«Qazan daşanda qapağını kənara çəkirlər ki, ...»
-
İddiamız imkanlarımıza uyğun deyil
Nə hərəkatımıza rəhbərlik edə biləcək təşkilatımız var, nə liderimiz
-
İran rejiminin əsl mahiyyəti
Qədim sivilizasiya müasir geosiyasi savaşda dindən necə istifadə edir və Çinlə oxşarlığı nədən ibarətdir?
-
«Ehtiyatlı olmalıyıq»
Politoloqlardan İrandakı aksiyalarla bağlı çağırış
-
İranı kim çalxalayır...
… və yaxud rejimin «kənar əl» xofu
-
Etirazçıları lider həsrətindədirlər
Ekspert: «İranda vəziyyət pisləşsə, neftin qiyməti 100 dolları aşacaq»
-
Bir «Sepah»çı öldürülüb
İranda kütləvi etirazlar bütün ölkəni bürüyür, iğtişaşlarda silahlar işə düşdü
-
Xameneyi üzə çıxdı
«Ölkədə baş verənlərlə bağlı bəzi sözlərim var ...»
-
2018-ci il «İran ssenarisi» ili olacaqmı?
Həqiqi islahatları, azadlığı və demokratiyanı mövcud siyasi sistemin çərçivəsində aramaq mənasız məşğuliyyətdir
-
Ölənlərin sayı 12-yə çatıb
Etirazçılar İranda hərbi bazaya hücum edib
-
İranda nələr baş verir?
Günün populyar sualı ...
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad, fevralın 21-də dini lider axund Əli Xamneyiyə açıq məktub yazaraq, islam respublikasını bürümüş dərin böhranlardan qurtarmaq üçün, hökumət və parlamentin buraxılmasını və ölkədə növbədənkənar azad seçkilərin keçirilməsini təklif edib.
Öz məktubunda, Xamneyinin fevralın 18-də təbrizli «bəsici»lərlə görüşündə ölkə əhalisinin hakimiyyətdən və Xamneyinin özündən narazı olmasına dolayı yolla etiraf etməsinə toxunan Əhmədinejad qeyd edib ki, nə qədər gec deyil, ölkənin indiki böhrandan çıxması üçün addım atmağın vaxtı gəlib çatıb.
Əhmədinejad, Xamneyiyə yazdığı məktubunda təklif edib ki, hakim rejimin mövcud təhlükələrdən qurtarması üçün, ölkə konstitusiyasında dəyişikliklər edilsin, indiki hökumət və parlament buraxılsın və növbədən kənar azad seçkilər keçirilsin. O bildirib ki, yeni parlament və prezident seçkisi azad şəkildə, yəni Konstitusiyaya Nəzarət Şurasının, təhlükəsizlik qurumlarının və hərbçilərin («Sepah»ın) hər hansı bir müdaxiləsi olmadan keçirilməlidir.
Dini liderə yazdığı məktubunda ölkə əhalisinin indiki Məhkəmə Sistemindən və onun ədalətə zidd qərarlarından narazı olduğunu vurğulayan Əhmədinejad, həmin quruma başçılıq edən axund Sadıq Laricaninin tutduğu vəzifədən azad edilməsini, hakimiyyəti və rəsmiləri tənqid etdiklərinə görə tutulub həbsə salınan müxaliflərin dərhal azadlığa buraxılmasını və dinc müxaliflərə qarşı təqib və təzyiqlərə son qoyulmasını təklif edib.