vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
18:40 | 22 fevral 2018 | Cümə axşamı Məqaləyə 2505 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Böyük müharibəyə hazırlıq başlayıb»

Kreml iki şərtə görə güzəştə gedəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Kreml nəzarətində olan KİV-lərə və siyasi texnoloqlara mifik «Novorossiya» mövzusunu tədricən dirçəldilməsi barədə təlimat verib.

Publika.az «Obozrevatel» nəşrinə istinadən xəbər verir ki, bu haqda öz bloqunda «Donetsk Xalq Respublikası» («DXR») terrorçularının keçmiş başçısı, Rusiya diversantı İqor Qurkin (Strelkov) öz mənbələrinə istinad edərək yazıb.

««Novorossiya» terminini zibil səbətindən çıxartmaq və onu yenidən hərəkətə gətirmək əmri verilib», - terrorçu qeyd edib. Onun sözləri görə, yaxın gələcəkdə hadisələrin inkişafının iki mümkün variantı gözlənilir.

Birinci varianta görə, Kreml müharibədən çox qorxur və son arqument kimi «Ukrayna sakitləşməsə və Minsk prosesinə qayıtmasa, biz «Novorossiya»nı dirildəcəyik» mesajı verir. O bildirib ki, «Novorossiya» ilə maksimum bir-iki il əvvəl qorxutmaq mümkün idi, amma indi mümkün deyil.

«Böyük müharibəyə hazırlıq başlayıb və onun başlaması yalnız vaxt məsələsidir», - Strelkov yazıb.

İkinci varianta gəlincə, onun fikrincə, Kreml «Krım məsələsinin dondurulması» və sanksiyaların qismən ləğvinə əvəz olaraq Donbas müharibəsində kapitulyasiyaya (Döyüşən tərəflərdən birinin öz müqavimətini dayandıraraq rəqibin şərtlərini qeyd-şərtsiz qəbul etməsi - red.) hazırdır.

«Seçim azdır: qeyd-şərtsiz kapitulyasiya və müharibə arasında», - o qeyd edib.