Bütün dərdlər stressdən yaranır
Depressiyada olduğunuzu göstərən 5 əlamət
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nə vaxt kiminlə xəyala qurmaq olar?
Ekspertlər bu davranışın arxasında duran səbəbləri də araşdırıblar
-
“İrəli bir addım atın”
Həyatda maneələrlə qarşılaşanlara mütəxəssislərdən 5 məsləhət
-
Stressdən uzaq olun
Orqanizmin “savaş, ya da qaç” mexanizmi işə salmayın...
-
“Depressiya beyini 10 il tez qocaldır”
Bəs, bu proses neçə yaşda başlayır?
-
Tənhalıq, özünəqapanma, yuxusuzluq...
İmmun sisteminə zərbə vuran amillər
-
Stress insanı qocaldır
Həyat faciələrinin beyinə təsiri ömrün qalan illəri ərzində özünü göstərir
-
Bəzi siqaretlər bahalaşdı
Tütün məhsullarının reklamı isə qadağan olunur
-
Siqareti tərgitməyin təbii üsulu
Bu qidalar alışqanlığı aradan qaldırmaq üçün idealdır
-
Dieta saxlamanın 5 qanunu
Nələrə diqqət etməli?
-
Britaniya mətbuatından «Metro» qəzeti yazır ki, dərin depressiya və stressdə olduğunuzu uçurumun kənarında hıçqıraraq tullanıb-tullanmamaq barədə düşünənə qədər də bilə bilərsiniz.
Doğrudur, adam öz ruhi xəstəliyini dərhal hiss edə bilmir. Bu xəstəliyin bir çox simptomları gözəgörünməzdir. Amma gözə görünən simptomlar da var.
Məqalədə təhlükədən xəbər verən bir neçə «qırmızı bayraqdan» söhbət açılır.
1. Aybaşıların nizamsızlığı
Stress bədəndə bir çox proseslərə təkan verə bilər. Stress qadınlarda aybaşı müddətini uzada, qısalda və onları hətta dayandıra bilər. Tam dayanma depressiya və stressin kifayət qədər sərt və dərin olduğu vaxtlarda baş verir.
2. Saçın tökülməsi
Kədərli əhval-ruhiyyə, ovqatsızlıq və özünü tam tükənmiş kimi hiss etmək depressiyanın əlamətidir. Belə hallarda saçlar normal vaxtlarda olduğundan daha çox tökülür. Stresslə bağlı saç tökülməsinə elmi dildə telogen effluvium deyirlər. Bu, daimi hal deyil. Yəni saçın tökülməsi dayana, hətta saçlarda gurlaşma gedə bilər. Amma hər halda saç dəyişikliyi həkimlə məsləhətləşmənin vaxtının çatdığını göstərir.
3. Həzm problemləri
Ruhi xəstəliklər həzm proseslərinə ona görə təsir edir ki, bu pozuntular ilk növbədə iştahası dəyişdirir. Ürək bulanması, ishal və qəbz kimi vəziyyətlər baş verir. Əgər həyatın çətin dövrünü yaşayırsınızsa, bu, dərhal mədə-bağırsaq sistemini təsirləndirir.
4. Baş ağrıları
Baş ağrıları hamıda olur, lakin tez-tez baş verən və daha sərt olan baş ağrıları diqqət yetiriləsi haldır. Depressiya zamanı baş ağrıları daha kəskin olur. Həkiminiz baş ağrılarınızın səbəblərini müəyyən edə bilər. Adi baş ağrıları dava-dərmanla sovuşub getməlidir.
5. Çəki artımı
Belə bir hal geniş müşahidə olunur ki, depressiya çəki artımına səbəb ola bilir. Belə hallarda kökəlmə gözlənilmədən baş verir. 2010-cu ildə Amerikada aparılmış bir təcrübə göstərib ki, depressiyada olanlar, olmayanlardan daha sürətlə çəki yığırlar. Araşdırmaya rəhbərlik etmiş doktor Belinda Nidham (Belinda Needham) deyir ki, bunun səbəbi depressiyalı adamların daha yağlı yeməklərə meyillənməsi və daha az hərəkət etməsi ola bilər. Nə olursa, olsun, bu görünən və hiss olunan simptomalara diqqət yetirməyinə dəyər.