vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
15:33 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 2037 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa Parlamentində «Xocalı» sədaları

Azərbaycanlı tələbələr Karampetyanı rüsvay etdi

Ötən gün fevralın 27-də « Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası»nın Brüsseldə, Avropa Parlamentində keçirdiyi tədbir zamanı zala daxil olan azərbaycanlı tələbələr bu təşkilatın rəhbəri Kaspar Karampetyanı rüsvay ediblər. Virtualaz.org xəbər verir ki, tədbir zamanı zala azərbaycanlı fəallardan ibarət iki qrup daxil olub. Birinci qrup iclas zamanı moderatorlara Xocalı soyqırımı barədə kəskin suallar veriblər, çıxışçılar bu suallara cavab tapa bilməyiblər.

Daha sonra əllərində «Justice for Xojalı» plakatları tutmuş ikinci qrup zala daxil olub. Bu zaman ermənilər azərbaycanlı gənclərin əllərindən plakatları almaq üçün onlara hücum ediblər. Lakin buna müvəffəq olmayıblar, azərbaycanlı gənclər «Xocalı» şüarları səsləndirərək zalı tərk etməyiblər. Nəticədə ermənilər tədbirin «Facebook» üzərindən canlı yayımını dayandırmalı olublar.



Tədbirin moderatorlarından biri, «Daşnaksütun» lideri Kiro Manoyan baş verənlərdən çox pərt olub və özünü itirib. EAFJD rəhbəri Kaspar Karampetyan isə Avropa Parlamentinin mühafizə xidmətinə müraciət edərək azərbaycanlıları zaldan kənarlaşdırmağa çağırıb.



Habelə tədbirin ortalarında ermənilərin köhnə dostları Yelena Teoxrus, Tatyana Zdanoka, Frank Engel (özünün erməni arvadı ilə birlikdə) də gəliblər. Bundan sonra ermənilər azərbaycanlıların yenidən gələ biləcəyindən ehtiyat edərək zalın bütün girişlərinə mühafizə yerləşdiriblər.



Xatırladaq ki, Azərbaycan Baş prokurorluğu EAFJD rəhbəri Kaspar Karampetyan barədə ölkənin ərazi bütövlüyünə və suverenliyinə qarşı açıq çağırışlara, dövlət sərhədini qanunsuz keçməyə görə cinayət işi qaldırıb. Karampetyan barəsində beynəlxalq axtarış elan edilib.



Bundan əvvəl isə haqqin.az və virtualaz.org saytları Karampetyanın cinayətkar fəaliyyəti barədə araşdırma dərc etmişdi. Həmin araşdırmaya görə Karampetyanın belçikalı vəkili müəllif Eynulla Fətullayevi «böhtana görə cinayət məsuliyyəti» ilə hədələyir.