«Bunlar hələ hamısı deyil...»
Putin bir neçə qorxunc silahı ilk dəfə nümayiş etdirib dedi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Rusiya prezidenti Vladimir Putinin özünün Federal Məclisə (parlamentin yuxarı və aşağı palatasının birgə yığıncağı) ənənəvi illik müraciətlə çıxış edib. Prezident çıxış üçün əvvəllər olduğu kimi Kremli deyil, Moskvanın Manej meydanındakı sərgi zallarından birini seçib. Bu da Putinin çıxışının təkcə siyasi elitaya deyil, yaxınlaşan seçkilər ərəfəsində bütün xalqa ünvanlandığı mənasını verirdi.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putinin çıxışı ölkənin sosial-iqtisadi problemlərindən həll yolları üzərində deyil, yeni fantastik silahların nümayişi üzərində qurulmuşdu. Başqa sözlə, Rusiya prezidenti xalqa demək istəyib ki, onun 17 illik hakimiyyəti dövründə həll edilməmiş sosial-iqtisadi problemlər qalsa da əvəzində ölkənin dünyada heç kimin malik olduğu qorxunc silahları var.
Putin yeni silah növlərini zalda qurulmuş nəhəng ekranda nümayiş etdirməzdən əvvəl ABŞ-Rusiya münasibətlərinin tarixçəsinə nəzər salıb. Deyib ki, Rusiyanın Raketdən Müdafiə Sistemlərinə dair əvvəllər verdiyi bütün təkliflər ABŞ tərəfindən rədd edilib. Hansı ki, Rusiyanın təklifləri həm müəyyən etimad mühitinin formalaşmasına, həm də tərəflərdən birinin nüvə silahından bütün insanlığı təhdid edə biləcək şəkildə düşüncəsizcəsinə istifadəsinin qarşısını almağa yönəlmişdi. Çünki raketdən müdafiə imkanlarının məhdudluğu potensial təcavüzkar üçün cavab zərbəsini əlçatan edirdi.
Putinin sözlərinə görə, Rusiya ABŞ-ı dilə tutmağa çalışdı ki, raketdən müdafiə barədə SSRİ ilə bağlanmış müqaviləni pozmasın, strateji balansı korlamasın. «Amma hər şey əbəs idi. 2002-ci ildə ABŞ birtərəfli qaydada bu müqavilədən çıxdı, hələ bundan sonra da biz onlarla uzun müddət konstruktiv dialoq qurmağa çalışdıq», - Rusiya prezidenti öz nitqində bildirib.
«Hansısa məqamda elə görüntü yaranırdı ki, kompromis tapıla bilər. Lakin olmadı. Bizim bütün təkliflər rədd edildi», - Putin əlavə edib. O, bildirib ki, məhz buna görə Rusiya bir neçə il əvvəldən özünün dünyada analoqu olmayan yeni silah sistemlərini işləyib hazırlamağa başladı.
Və Putin həmin silah sistemlərini bir-bir təqdim etməyə başlayıb.
«Birincisi, yeni qitələrarası ballistik raket olan «Sarmat». Hansı ki, istənilən raketdən müdafiə sistemini dəf edə bilir və onun tətbiq məsafəsi ilə bağlı məhdudiyyəti yoxdur. Belə texnologiya ilk dəfə istifadə olunur. 200 ton çəkisi olan «Sarmat»ın uçuş məsafəsi «Bulava»dan böyükdür, üstəlik «Sarmat»ın döyüş bloklarının sayı və gücü daha çoxdur. Heç bir raketdən müdafiə sistemi ona əngəl deyil», - Putin deyib. Həmin vaxt zalda qurulmuş ekranda «Sarmat» raketinin sınağına dair kadrlar nümayiş etdirilib.
Daha sonra Putin «Voyevoda» ağır qitələrarası ballistik raketə keçib. Bildirib ki, bu raketin uçuş məsafəsi 11 min kilometrdir, onun tətbiq məsafəsi ilə bağlı məhdudiyyət yoxdur. Rusiya prezidenti bu arada qeyd edib ki, «Sarmat» raketi hədəfə həm Şimal, həm Cənub qütbü üzərindən hücum edə bilər. «Bu, çox qorxunc silahdır. Hətta perspektiv raketdən müdafiə sistemləri də onu saxlaya bilməz», - Putin əlavə edib.
Lakin Rusiya yeni qitələrarası ballistik raketlərin yaradılması ilə məhdudlaşmayıb. O, ümumiyyətlə ballistik uçuş trayektoriyası istifadə etməyən silahların da işlənib hazırlanmasına başlayıb. «Biz təkcə bununla kifayətlənməmişik», - Putin «Sarmat»ın kompüter uçuş modelinin nümayişindən sonra deyib. «Bizim işləyib hazırladığımız və ballistik trayektoriya istifadə etməyən yeni silahlara qarşı raketdən müdafiə sistemləri ümumiyyətlə gərəksiz və faydasız olacaq», - o əlavə edib.
Putin dəqiqləşdirib ki, söhbət kiçik qabaritli, amma böyük dağıdıcı gücə malik nüvə enerjisi qurğusuna malik əlçatmaz raketdən gedir. Hansı ki, bu raket nə qədər istəsən manevr edə və istənilən raketdən müdafiə sistemindən yayına bilər. «Hələ onun adı yoxdur. Bu sistem qanadlı raketlərə də yerləşdirilə bilər və uçuş məsafəsi qeyri-məhdud olduğuna görə istənilə raketdən, havadan müdafiə sistemlərini dəf edə biləcək», - o bildirib.
Daha sonra Rusiya prezidenti ekranda həmin nüvə enerjisi qurğusuna malik qanadlı raketin modelini nümayiş etdirib. Ardınca «Kinjal» («Xəncər») səsdən dəfələrlə iti uça bilən aviasiya-raket kompleksinin nümayişinə keçib. Hansı ki, həmin raket 2017-ci il dekabrın 1-dən etibarən Cənub hərbi dairəsində təcrübə-döyüş növbəsinə verilib.
«Müasir silah sistemlərinin işlənib hazırlanmasının mühüm mərhələsi də yüksək dəqiqlikli, səsdən dəfələrlə iti uçan aviasiya-raket kompleksi olub, yəqin başa düşdünüz ki, bunun dünyada analoqu yoxdur. Onun sınaqları uğurla başa çatdırılıb», - Putin deyib.
Rusiya dövlət başçısı onu da bildirib ki, daşıyıcı-təyyarənin unikal uçuş-texniki xarakteristikası bu raketi sayılı dəqiqələr ərzində təyinat nöqtəsinə çatdırmağa imkan verir. Raket özü isə səsdən 10 dəfə iti uçur və uçuşun bütün trayektoriyası boyu manevr edir. Ona görə də istənilən mövcud və perspektiv raketdən müdafiə sistemlərini dəf edə bilər. Bu raket adi və nüvə başlığı daşımaqla 2 min kilometr məsafə qət edir.
Nəhayət Putin Rusiyanın malik olduğu yeni pilotsuz sualtı nüvə aparatını nümayiş etdirib. Bunu "sadəcə olaraq fantastika» adlandırıb. Bildirib ki, bu silaha qarşı vasitə dünyada yoxdur. Putinin sözlərinə görə, aparat 2017-ci ilin dekabrında sınaqdan keçib. «Onun həcmi müasir sualtı qayıqlardan 100 dəfə kiçikdir və döyüş rejiminə keçmək üçün 200 dəfə az vaxta ehtiyacı var. Onlar həddən artıq böyük dərinlikdə qeyri-məhdud məsafədə hərəkət edə bilir», - Putin deyib. Əlavə edib ki, bu silaha qarşı da vasitə dünyada sadəcə olaraq mövcud deyil, yaxın gələcəkdə də olmayacaq. Onun sözlərinə görə, sualtı pilotsuz aparat həm adi, həm nüvə başlığı ilə təchiz oluna bilər. Bu da silaha böyük təyyarədaşıyan qruplaşmalarını, sahil infrastrukturunu və bazalarını dağıtmağa imkan verəcək.
Putin Rusiyanın ən yeni lazer silahlarına da malik olduğunu, bu silahın artıq döyüş növbəsinə dayandığını bildirib.
Bütün bunlardan əlavə Putin Rusiyanın «Avanqard» strateji kompleksi barədə də danışıb. Bu, səsdən dəfələrlə iti uçan və manevr edən silah sistemidir. «Bu sistem atmosferin sıx qatlarında qitələrarası məsafəni qət edə və bu zaman yüksək manevr nümayiş etdirə bilir. Onun sürəti Max ədədindən 20 dəfə çoxdur», - Putin deyib.
Rusiya prezidentinin sözlərinə görə, bu silaha qarşı da dünyada vasitə mövcud deyil. «O, hədəfə meteorit, yanan kürə şəklində hərəkət edir. Məmulatın səthində temperatur 1600-2000 dərəcəyə çatır. Bu zaman qanadlı blok etibarlı şəkildə idarə olunur», - Putin deyib.
«Mən hələ bizim yeni işləyib hazırladığımız silahların hamısı barədə danışmadım, amma bu günlük bəs edər», - Putin əlavə edib.
Rusiya prezidenti bildirib ki, ən müasir silah, texnika nə vaxtsa başqa ölkələrdə də meydana çıxır. Amma bu, Rusiyanı narahat etmir. «Çünki o vaxt bizim uşaqlar daha yaxşılarını işləyib hazırlayacaqlar», - Putin əminliklə bildirib.
Zalda oturanlar Putinin silahlar barədə təqdimatını gurultulu alqışlarla qarsalayıblar.