vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
17:39 | 2 mart 2018 | Cümə Məqaləyə 2095 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya tanklarına real təhlükə

ABŞ-ın Ukraynaya verəcəyi raketlər Donbasdakı qüvvələr nisbətinə ciddi təsir göstərə bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ hakimiyyəti Ukraynaya «Javelin» adı verilən tank əleyhinə raket komplekslərinin (TƏRK) satışı ilə bağlı sazişi təsdiqləyib. Sazişin ümumi dəyəri 47 milyon dollardır. Kiyev 210 raket, 37 TƏRK alacaq. Bununla bağlı ABŞ Müdafiə Nazirliyinin müdafiə əməkdaşlığı və təhlükəsizlik idarəsindən xəbər verilib.

Vaşinqton Kiyevə silah verilməsinə Ukraynanın təhlükəsizliyinin möhkəmləndirilməsi hesabına ABŞ-ın özünün xarici siyasətinin və milli təhlükəsizliyinin təmin olunmasının tərkib hissəsi kimi baxılması ilə izah edib.

««Javelin» sistemləri Ukraynaya suverenliyinin möhkəmləndirilməsinə və ərazi bütövlüyünün qorunmasına kömək edəcək. Ukrayna üçün silahlı qüvvələrə bu sistemlərin daxil edilməsi ciddi çətinlik törətməyəcək», - idarədən verilən məlumatda bildirilir.

Qeyd olunur ki, hələ keçən ilin dekabrında ABŞ Dövlət departamentinin sözçüsü Hizer Noyert Vaşinqtonun Ukraynaya ultramüasir silahları verməyə başladığını duyurmuşdu. Həmin vaxt Noyert ABŞ-ın bu yardımının sırf müdafiə məqsədilə həyata keçirildiyini vurğulamışdı.

Buna qədər isə ABŞ prezidenti Donald Tramp Ukraynaya iri kalibrli «Barrett M107A1 snayperlərinin və onunla bağlı sursatların verilməsi barədə fərman imzalamışdı. Snayperlərin ümumi dəyərinin 41 milyon dollar olduğu bildirilir. Bundan əlavə Dövlət Departamenti Ukraynaya bu tip silahların verilməsinə imkan verən kommersiya lisenziyasını təsdiqləmişdi.

«Javelin» yəni «Mizraq» TƏRK-ləri piyada, kəşfiyyat və mühəndis döyüş birlikləri üçün nəzərdə tutulub. Bu sistem gecə, gündüz və ya məhdud görmə şəraitində (məsələn, duman kimi) düşmənin zirehli texnikasını vurmağa imkan verir. «Javelin» cəmi bir əsgərlə idarə olunan, paraşütlə nəql edilə, habelə istənilən nöqtəyə havadan çatdırıla bilinən bir silahdır.

Bu sistem olduqca uzaq məsafədən məlum olan bütün zirehli nəqliyyat vasitələrini yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Silah həmçinin həm qapalı, həm də açıq döyüş mövqelərindən atəş açmağa imkan verir.

«Javelin» TƏRK sistemi komanda buraxılış blokundan, özünənəzarət qurğusundan və xüsusi nəqliyyat-buraxılış konteynerlərində saxlanılan modul raketlərdən ibarətdir. Nəqliyyat buraxılış konteynerlərində həmçinin gündüz görmə, gecə görmə cihazları, idarə etmə vasitələri və indikatorlar yerləşir.

Mətbuat Ukraynanın ABŞ-a bunun müqabilində müasir «Oplot» tankını verdiyini qeyd edir. Tankın tədarükü xüsusi ixracatçı dövlət şirkəti vasitəsilə gerçəkləşdiriləcək. Bununla amerikalıların Ukraynanın hərbi nailiyyətləri ilə yaxından tanış olmaq istədikləri vurğulanır.

«Oplot» tankı Xarkovdakı Malışev adına zavodda istehsal olunur və 5-ci nəsil tanklardan hesab edilir. 2017-ci ildə Ukrayna Tailanda 4 «Oplot» tankını satmağı bacarıb.