vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
11:51 | 18 aprel 2018 | Çərşənbə Məqaləyə 1569 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyan erməniləri başına yığıb ...

... İrəvanda yeni mitinqlərə start verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda etiraz aksiyaları davam edir. Etirazçılar bugünkü yürüşlərə bir az gecikmə ilə, saat 10:40-da başlayıblar.

Vaxt.az yerli mətbuata istinadən xəbər verir ki, yürüşçülər yenə də Nikol Paşinyanın başçılığı ilə hökumət binalarını mühasirəyə alaraq onların fəaliyyətini iflic etmək niyyətindədirlər.

Onlar İrəvanda nəqliyyatın hərəkətini iflic etmək üçün ilk addımı atıblar. Əvvəlcə iki əsas küçəni bağlayan etirazçılar, daha sonra onlar keçmiş prezident və hazırkı baş nazir iqamətgahına çatıblar və binanı mühasirəyə alıblar. Orada gözlənilmədən polislərin sayı az olub.

Paşinyan “polislərə qarşı hörmətlə yanaşın, heç bir zorakılıq olmasın” deyərək tərəfdarlarına təlimat verib. Paşinyan tələbələri də dərsləri buraxaraq, etirazlara qoşulmağa çağırıb.

Qeyd edək ki, Nikol Paşinyan dünən axşam saatlarında verdiyi açıqlamada, aprelin 18-də keçiriləcək mitinqlərdə əsas hədəfin, ümumilikdə, ölkədə hər sahədə iflic vəziyyətin yaradılması olduğunu bildirib.