vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
08:27 | 20 aprel 2018 | Cümə Məqaləyə 1658 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ qorxulu iddianı təsdiqlədi

Şübhələr təşvişə döndü

Əvəz ZEYNALOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın əvvəlində Rusiya prezidenti Vladimir Putin ölkəsinin fantastik silahlara malik olması ilə bağlı bəyanat verdi. Onun bu bəyanatını ciddi qəbul etməyən bəzi Qərb dairələri rişxəndlə bu silahları realda görmək istədiyini dəfələrlə qeyd edib. Bu silahlar içərisində isə ən ciddi müzakirə mövzusu isə hipersəs sürətli raketlərdir.

Bu raketlərin Qərbdə belə şöhrət qazanmasının əsas səbəbi indiyə kimi icad olunmuş bütün müdafiə sistemlərini yararsız hala gətirməsidir. Bu raketlərin fantastik sürəti raket əleyhinə müdafiə kompleksləri qarşısında ona böyük üstünlüklər təmin edir. Belə ki daha az sürətə reaksiya verə bilən bu komplekslər bu halda hədəf rolunu oynamaq və müşahidə etməkdən başqa heç bir işə yaramırlar.

Modern.az saytının məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinin generalı, Strateji Komandanlığın rəhbəri Con Hayten “Kosmik simpozium”da Rusiyada bu silahın mövcudluğu barədə dəlillərin olması haqda sualları cavablandırmaqdan yayınıb. Lakin onun sözlərindən aydın olub ki, belə silahlar mövcuddur.

“Mən sizə aparılan sınaqlar, müşahidə vasitələrimiz barədə heç bir məlumat verməyəcəm. Mən sizə bu raketlərin texniki xassələri barədə də heç bir təfərrüat gətirməyəcəyəm”, - general bildirib.

“Siz Vladimir Putinin dediyi hər şeyə inanmalısınız. Üzərində işlədiklərini söylədiyi hər şeyə. Düşünürəm ki, hipersəs sürətli raketlər üzərində üstünlüyümüz olacaq müəyyən sahələr var. Amma Rusiya və Çin hipersəsin üstünlüklərinin tam kompleks sınaqları artıq həyata keçiriblər”, - deyə o qeyd edib.

General həmçinin bu raketlərin hazırda layihə ərəfəsində yoxsa tam sınaq mərhələsində olduğuna aydınlıq gətirməyib. Lakin onun sözlərindən artıq Qərbin Putinin bəyanatını ciddi qəbul etdiyi məlum olur.

Bu silahların 2000 km məsafəni qət edə bilməsi və 10 Maxa (saatda 12250 km-dən çox) sürətlə hərəkət etmə bacarığı onu hazırda “məğlubedilməz” adlandırmağa imkan verir.