“Sərkisyan axırıncı fahişədən də aşağıdır...”
Aşot Manuçaryan: “O, verdiyi sözə əməl etməyən andan adamlıqdan çıxıb”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qanı qarışmışlar”
Ermənistan sakinləri Köçəryan və Qarabağ ermənilərini özlərinə yad hesab edir
-
Müxalifətin deputat mandatları alına bilər
Köçəryanla Sərkisyanı partiyalarını Ermənistan parlamentindən qovurlar
-
Qərb müharibə ilə oynayır
Bu dəfə ermənilər “savaş əti” olacaq?
-
Leşyeyənlərin qardaşlığı
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
-
... Xalqa atəş açır
Qarabağdan gətirilmiş dəstə prezident administrasiyasının zirzəmisində gizlənir və ...
-
Vaşinqton Bakıya əlini, İrəvana dirsəyini uzadır
Birləşmiş Ştatlar Cənubi Qafqazda yeni geopolitik tərtibə başlayır
-
Biz nə etməliyik?
Dünya tarixindəki müharibələr yanlış açıqlamadan və hərəkətdən başlayıb
-
15-dən sonra daha 35 dollar
Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırır
-
“Hər şey ola bilər...”
“Tərəflərin əlində böyük sayda hərbi qüvvə, texnika var”
-
Vaşinqton görüşü niyə yubanır?
Ermənistan danışıqlar formatının genişlənməsini tələbi ilə Kremlin “əlinə oynayır”
-
Saakyan Paşinyana niyə inanmır?
Separatçılar baş naziri müvəqqəti fiqur sayırlar
-
Paşinyan özünü necə ifşa etdi?..
Biz ondan nə gözləyirdik və bir il ərzində o, nə edə bilərdi?
-
“Faktiki olaraq yoxdur”
“Paşinyan danışıqları dalana dirədi ...”
-
“Rusiya müharibəyə qatılmayacaq”
Ekspert: “Gümrüdəki baza Ermənistanı qoruyur”
-
“Ermənistan üçün böyük fəlakət olacaq”
“Vaşinqton Tayms” yeni müharibə riskindən yazdı
-
Yeni detal nədir?
Sərkisyanın istefasından keçən 1 ildə ...
Ötən əsrin 80-ci illərinin sonlarında Dağlıq Qarabağda separatçı hərəkatı dəstəkləmək üçün İrəvanda yaradılan məşhur “Qarabağ” komitəsinin üzvü, sonradan daxili işlər naziri və prezidentin milli təhlükəsizlik müşaviri postlarını tutmuş Aşot Manuçaryan Ermənistanın baş naziri seçilən Serj Sərkisyanı “axırıncı fahişə” ilə müqayisə edib.
Virtualaz.org xəbər verir ki, Manuçaryan bu haqda 1in.am portalına Ermənistanda Sərkisyanın baş nazir olmasına etiraz olaraq günlərdir davam edən etiraz hərəkatı ilə bağlı müsahibəsində danışıb.
“İndi gənclər də ayağa qalxıb və dərk etməyə çalışır ki, öz ölkəsinin sahibi olmaq nə deməkdir. Onlar yanıla, nəsə səhvə yola verə bilərlər - mən gəncləri günahlandırmıram. Mən artıq “müdrik dayıların” şərhlərini görmüşəm - onlar gənclərin beyinlərini yumağa çalışırlar. Həmin “müdriklərə” müraciət edirəm - sizin işiniz ancaq bu hakimiyyətdən pul almaqdır?” - Manuçaryan deyib.
“Həmin gənc adamların atalarını soyurlar və xaricə göndərirlər ki, uşaqlarını saxlamaq üçün işləsinlər. Siz isə bu pulları yeyib səs çıxarmadan sakitcə oturacaqsınız?” - erməni ictimai xadim hiddətlənib.
Aşot Manuçaryan daha sonra bunları deyib: “Serj Sərkisyan adında adam daha yoxdur. Belə adam Ermənistanda var idi - o, xaqla müqavilə bağladı. Dedi bu Konstitusiyanı qəbul edin, indiyə qədər nə etmişəmsə eybi yox, mən isə hazırlaşıb gedirəm. Bu adam xalqa söz verib. Bu adam həmin vaxta qədər adam sayılırdı ki, andını, verdiyi sözü pozmasın. Verdiyi sözə əməl etməyən andan o adamlıqdan çıxdı, imkan yaratdı ki, bu qrup onu banda rəhbəri adlandırsın. O, onlarla vəd verdi, amma sakitcə deyə bilərəm-bizdə verdiyin vədi pozdunsa yalançı cinayətkara, satqına çevrilirsən. Bu status isə erməni dünyasında axırıncı fahişənin statusundan da aşağıdır”.
Xatırladaq ki, Sərkisyan Ermənistanda parlament üsul-idarəçiliyinə keçidi təmin edən Konstitusiya dəyişikliklərini referenduma çıxaranda bu dəyişikliklərin hakimiyyətini baş nazir statusunda uzatmağa xidmət etmədiyini, baş nazir olmayacağını dəfələrlə elan edib. İndi isə ermənilər Sərkisyanın verdiyi sözü pozduğunu görüb küçələrə çıxıblar.