vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
CƏMİYYƏT  
13:27 | 24 aprel 2018 | Çərşənbə axşamı Məqaləyə 2571 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni seçkilərin keçiriləcəyi gözlənilir

Milli Məclisdə daha 4 deputat yeri boşaldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev ötən gün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” əlavə sərəncam imzalayıb. Bu sərəncamla daha 3 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər təyin olunub.

Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə, millət vəkili, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyinat alıblar.

Daha əvvəlki gündə imzalanmış sərəncamla Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev “Dövlətqaçqınkom”un sədri vəzifəsinə təyin olunmuşdu.

İstisna olunmur ki, yaxın günlərdə Mərkəzi Seçki Komissiyası adları çəkilən millət vəkillərinin deputatlıq səlahiyyətlərinə xitam verəcək. Çünki ölkə qanunvericiliyi bunu tələb edir.

Son təyinatlardan sonra Milli Məclis üzvlərinin sayı daha dörd nəfər azalıb, 125-dən 119-a düşüb.

Belə ki, ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün 2017-ci ildə onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Bundan əlavə, bir müddət əvvəl 120 saylı Cəbrayıl-Qubadlı dairəsinin deputatı Astan Şahverdiyev qəfil ürəktutmasından dünyasını dəyişib.

Beləliklə, Milli Məclisdə 6 deputat yerinə yeni seçkilərin keçiriləcəyi gözlənilir.