“Sərkisyanın istefası yetərli deyil”
Amanda Pol: “Parlament seçkiləri Ermənistanda real dəyişikliklər etmək üçün növbəti addım olmalıdır”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
Makronun “erməni məhəbbəti” ...
... iki qitənin həyati əhəmiyyətli layihəsinin təkərinə çomaq soxur
-
Parisin Qafqazdakı son durağı
Fransanın kasıb və balaca Ermənistan başqa söykənəcəyi başqa bir ölkə yoxdur
-
İrəvanın qara günləri qarşıda
Zəngəzur dəhlizi məsələsində Azərbaycan-Rusiya razılaşması
-
... İrəvandan İrana təşəkkür
Anti-Azərbaycan mövqeyinə görə ...
-
İrəvan danışıqları sabotaj edir
Paşinyanın tələbi Kremlin maraqlarına xidmət edir
-
KTMT-də növbəti fiasko
İrəvan növbəti il əl-qolu bağlı qalacaq
“Yalnız Sərkisyanın istefası Ermənistanda real dəyişikliklər etmək üçün yetərli deyil. Ermənistanın paytaxtı İrəvanda hökumət əleyhinə çıxan minlərlə nümayişçi 10 illik prezidentlik dövründən sonra ölkə parlamenti tərəfindən Serj Sərkisyanın baş nazir vəzifəsinə təyin edilməsinə etiraz nümayiş etdirdi. Bir neçə gün ərzində küçələrdə 100 mindən çox adam yeni təyin olunmuş baş nazirin istefasını tələb etdi. Aprelin 23-də Serj Sərkisyan 11 gün davam edən etiraz aksiyasından sonra istefa verib”.
Vaxt.az xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondundan “Trend”ə verilən məlumata görə, bunu Brüsseldə yerləşən Cənubi Qafqaz üzrə Avropa Siyasəti Mərkəzinin baş analitiki Amanda Pol “Eurasia Diary”ə verdiyi müsahibəsində deyib.
Ermənistanda bu irimiqyaslı nümayişin səbəblərindən danışan A.Pol bildirib ki, bu etirazlar vasitəsilə ermənilər “Kifayətdir! Yetər!” dedilər: “Ermənilər Sərkisyanın şantajçıları və müttəfiqlərindən cana doyub. Onlar səssiz qalmaqdan və Sərkisyanın prezident postunu baş nazir vəzifəsilə əvəz edərək hakimiyyətdə qalmasına imkan verən siyasi sistemdəki dəyişiklikləri qəbul etməkdən imtina etdilər”.
O, bu etirazların həlledici olduğunu, buna baxmayaraq, bunun son bir neçə il ərzində ermənilərin rəhbərliyə qarşı qəzəb və narazılığını ifadə etdiyi 2015-ci ildə keçirilən “Ermənistanın elektrik şəbəkələri” nümayişləri də olmaqla ilk hal olmadığını deyib. Ancaq bu dəfə küçəyə çıxan adamların sayı görülməmiş dərəcədə çox idi və təxminən 200 minə çatırdı:
“İnsanlar rüşvətxorluqdan, iqtisadi çətinliklərdən, özbaşınalıqdan, qeyri-demokratik idarəetmədən, sosial bərabərsizlikdən və s. yorulub və daha yaxşı həyat istəyirlər. Cəmiyyət daha fəal olub, xüsusilə də gənc nəsil səthi islahatlar deyil, real dəyişikliklər istəyir. Vətəndaş cəmiyyəti daha da güclənib. Ermənilər hakimiyyətə qarşı çıxmağa, dəyişiklikləri tələb etməyə və Sərkisyan getməyincə evə dönməyəcəklərinə hazır olduqlarını nümayiş etdirdilər. Ancaq onun istefası Ermənistanda real dəyişikliklər etmək üçün yetərli deyil. Yeni parlament seçkilərinin keçirilməsi tələbi var və bu, növbəti addım olmalıdır”.
Beynəlxalq ictimaiyyətin Ermənistandakı etirazlara reaksiyasından danışarkən ekspert deyib ki, onlar dialoq qurulmasına və təmkinli olmağa çağırdılar, lakin sonda Sərkisyan başa düşdü və daha öncə olduğu kimi ağır taktikaya əl atmaq və güc tətbiq etmək əvəzinə, istefa verdi:
“Belə bir qərarın verilməsi Qərblə, xüsusilə də Ermənistanın yenicə müqavilə bağladığı Avropa İttifaqı ilə münasibətlərinin pisləşməsinə gətirib çıxarardı. Bu razılaşma İrəvan üçün önəmlidir. Aydındır ki, Ermənistanda yaşayan hərbi sülhməramlıların nümayişçilərlə çiyin-çiyinə durmaq qərarı həlledici oldu. Bu, hökumətin inamını qırdı və onların vəziyyətə nəzarət etməsinə mane oldu”.
Analitik bildirib ki, Ermənistandakı bu vəziyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində çətin ki, hər hansı bir dəyişikliyə səbəb olsun. Bunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə necə təsir edəcəyini görmək üçün zamana ehtiyac var.