vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
14:13 | 25 aprel 2018 | Çərşənbə Məqaləyə 1821 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Suriyadan çıxacağıq, amma ...”

Tramp: “İrana Aralıq Dənizinə çatmaq imkanı verməyəcəyik”

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makron ilə görüşündə Suriya müharibəsi və İran ilə nüvə müqavilənin gələcəyinə dair müzakirələr aparıb.

“İranla nüvə razılaşması axmaqlıqdır və bərbaddır”. Bu sözləri ABŞ dövlət başçısı fransalı həmkarı görüşü zamanı deyib. Tramp deyib ki, bu nüvə razılaşması heç vaxt imzalanmamalı idi: “Yaxın Şərqdə hər bir münaqişənin arxasından İran çıxır. İrana Aralıq Dənizinə çatmaq imkanı verməyəcəyik. Suriyadan çıxmağı çox istərdim. Güclü və möhkəm iz qoyduqdan sonra Suriyadan çıxacağıq”.

Makron isə bu nüvə razılaşmasının Orta Şərqin təhlükəsizliyi üçün mühüm bir addım olduğunu deyib.

İkitərəfli danışıqlarının ardından mətbuat mənsublarının suallarını cavablandırıb.

Tramp Suriya məsələsinə dair, “Suriyadan çıxmağı çox istərdim” açıqlamasını edərkən, Makron, “Suriya problemini müzakirə etdik. Bu gün Suriya məsələsində, İŞİD qarşısında beynəlxalq koalisiya üçün bir yerdəyik, amma sabah Suriyada siyasi həll məsələsini həll etmək də lazımdır. Suriya insanları gələcəklərini  sərbəst şəkildə seçməlidir” - deyib.

Makron, “İran ilə yeni bir müqavilə üzərində işləmək istərdik, maraqlarımız daxilində şəklə daha geniş baxmaq lazımdır” deyib. Tramp isə “müqavilə ola bilər də, olmaya bilər də” deyib.

Makron, işğal deyil, sülhün vacibliyini vurğulayıb və narahatlıqların həllinə bu istiqamətdə yanaşmaq lazım olduğunu vurğulayıb.

Tramp isə Yaxın Şərqin ABŞ-a 7 milyard dollar xərci olduğunu və qarşılığında heç bir şey əldə olunmadığını vurğulayıb. “ABŞ ödəməyə davam etməyəcək, meydanda əsgərlərimiz” var deyən Tramp, bu xərcin qarşılığını ödəyəcək ölkələr olduğunu ifadə edib.

Tramp İranın ABŞ-ı təhdid etməsi vəziyyətində bunun əvəzini ödəyəcəyini də vurğulayıb.