vaxtlı-vaxtında oxuyun! Şənbə, 30 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
12:17 | 2 may 2018 | Çərşənbə Məqaləyə 1551 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Paşinyan ortaya bir proqram qoymayıb”

Erməni politoloqların “Mənim addımım” hərəkatı lideri haqqında nə düşünür?

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən erməni müxalifətinin lideri Nikol Paşinyan parlamentdəki çoxluğu əlində tutan hakim Respublika partiyasının üzvlərinin lazımi qədər səs verməməsi üzündən baş nazir seçilmədi. Erməni politoloqları parlamentdəki səsvermənin ölkədəki siyasi böhranı dərinləşdirəcəyi proqnozunu verməklə bərabər, Nikol Paşinyanın konkret siyasi proqrama və yol xəritəsinə malik olmadığını qeyd edirlər.

“Respublikaçılar sadəcə vaxtı uzatmağa çalışırlar, onlar bilirlər ki, növbədən kənar parlament seçkilərində partiya 5 faizlik baryeri keçməyə də bilər. Bu isə onları maliyyə, inzibati və digər resurslardan məhrum edir”, - siyasi texnoloq Armen Badalyan erməni mediasına verdiyi açıqlamada bildirib.

A.Badalyanın fikrincə, Nikol Paşinyan respublikaçıların bir hissəsinin onun tərəfinə keçəcəyinə ümid edə bilər.

Hələ ki, Respublikaçılar partiyasında yalnız bir nəfər öz partiyadaşlarını satıb. Bu, Şirak vilayətinin keçmiş qubernatoru, uzun illər xüsusi xidmət orqanlarında çalışmış general-mayor Feliks Çolakyandır. Digər deputat Qriqor Avalyan isə iclasda iştirak etməyib. Gəzən şayiələrə görə, o hətta deputat mandatından imtina edib.

Nikol Paşinyana dəstək verəcəyini açıqlayan Daşnaksütyun partiyasının üzvü Ağvan Vardanyan isə partiyanın qərarının əksinə olaraq Nikol Paşinyanı dəstəkləməyib.

Qafqaz institutunun elmi əməkdaşı Hrant Mikaelyan müxalifət liderinin hələ ki konkret proqram təqdim etmədiyini bildirir.

“Paşinyan sadəcə kəskin dönüşlər etməyəcəyini vəd edir. Bundan başqa, o, baş nazir olduqdan sonra yalnız situasiyaya uyğun hərəkət edəcəyini söyləyir”, - Mikaelyan qeyd edib.

Mikaelyanın fikrincə, respublikaçılar Paşinyanı dəstəkləyə bilər. Çünki onları bir-birinə bağlayan ideoloji və mənəvi birlik yoxdur. Partiya özü isə hamının gözündən düşüb.

“Siyasi və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Ruben Mehrabyan da Paşinyanın dəqiq ifadə olunmuş proqrama malik olmadığını düşünür.

“Yalnız problemlərin həlli barədə ümumi təsəvvürlər var. Müxalifət lideri ancaq özünü tədqim etdi və parlamentin niyə ona səs verməsi və təcili seçkilərin keçirilməsinin səbəblərindən danışdı”.

Mehrabyan Ermənistanda siyasi böhranın bundan sonra daha da dərinləşcəyinə dair proqnoz verib.