vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
13:05 | 2 may 2018 | Çərşənbə Məqaləyə 2806 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Girovların məsələsi tezləşdirilməlidir”

Avropa Məhkəməsi girovlarla bağlı məsələyə baxacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

“Ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncələr verilməsi ilə bağlı məsələ daim diqqət mərkəzindədir”.

Bu barədə “Trend”ə açıqlamasında Dilqəm Əsgərovun vəkili Anar Bağırov bildirib.

Vəkil qeyd edib ki, bu barədə mütəmadi məlumatlar toplanaraq Avropa İnsan Haqları Məhkəməsinə göndərilir: “Ümid edirik ki, Avropa İnsan Haqları Məhkəməsi tez bir zamanda bu məsələ ilə bağlı ədalətli qərar qəbul edəcək. Bu hər bir Azərbaycan vətəndaşını narahat edən problemdir. Hesab edirəm ki, Avropa İnsan Haqları Məhkəməsi öz prinsiplərinə sadiq qalaraq bu məsələnin baxılmasını tezləşdirməlidir”.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Şahbaz Quliyev və Dilqəm Əsgərovla sonuncu görüşü zamanı onların ailələrinə təqdim etdikləri videogörüntülərlə bağlı da sənədlərin hazırlandığını deyən Anar Bağırov bildirib ki, yaxın vaxtlarda həmin sənədlərin də toplanması başa çatacaq və bu sənədlər də Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək”.