vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
13:42 | 2 may 2018 | Çərşənbə Məqaləyə 1474 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan iflic vəziyyətindədir

Vətəndaş itaətsizliyi genişlənib

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda Nikol Paşinyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb. Rusiyanın NTV telekanalı xəbər verir ki, bu gün səhərdən etibarən ölkə boyu kütləvi etirazlara start verilib.

Paytaxt İrəvanda fəallar bəzi nazirlik və dövlət idarələrinin, o cümlədən Elm və Təhsil Nazirliyinin, Diaspora Nazirliyinin binalarına girişi kəsib, bir çox küçə və prospektdə hərəkət dayandırılıb.

Gümrü və Maralik şəhərlərində etirazçılar yerli meriya binalarına daxil olub. Gümrüdə yerli müxalifətçi fəallardan olan Levon Barsegyan bildirib ki, şəhər meri Samvel Balasanyan müxalifətin tərəfinə keçməlidir. O, şəhərdə bütün dövlət binalarına müxalifətin nəzarət etdiyini söyləyib.

Maralik şəhərində də eyni vəziyyət yaranıb. Nümayişçilər meri hakim partiya sıralarından istefa verərək xalqa qoşulmağa çağırıblar.

Etirazçıların lideri Nikol Paşinyan “Reuters”ə açıqlamasında bildirib ki, kütləvi aksiyalar davam edəcək: “Biz təslim olmayacağıq. İtaətsizlik və tətil davam edəcək”.

N.Paşinyan yenidən baş nazir vəzifəsinə namizədliyini irəli sürüb-sürməmək barədə düşünəcəyini vurğulayıb.

Bu gün axşam saat 19:00-da İrəvanın mərkəzi Respublika meydanında yenidən mitinq keçiriləcəyi və bu gün yolların bağlanması və ümummilli tətillə bağlı görülmüş işlərə yekun vurulacağı bildirilib.