Paşinyan “qaşınmağa” başladı
Erməni baş naziri kresloya oturan kimi Sərkisyana çevrildi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
Makronun “erməni məhəbbəti” ...
... iki qitənin həyati əhəmiyyətli layihəsinin təkərinə çomaq soxur
-
Parisin Qafqazdakı son durağı
Fransanın kasıb və balaca Ermənistan başqa söykənəcəyi başqa bir ölkə yoxdur
-
İrəvanın qara günləri qarşıda
Zəngəzur dəhlizi məsələsində Azərbaycan-Rusiya razılaşması
-
... İrəvandan İrana təşəkkür
Anti-Azərbaycan mövqeyinə görə ...
-
İrəvan danışıqları sabotaj edir
Paşinyanın tələbi Kremlin maraqlarına xidmət edir
-
KTMT-də növbəti fiasko
İrəvan növbəti il əl-qolu bağlı qalacaq
Ermənistanda baş nazir seçilən müxalifət lideri (o, hazırda parlamentdə azlıqdadır) Nikol Paşinyan bu gün Azərbaycanın işğal altındakı ərazilərində-Xankəndində çoxsaylı yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirib. Virtualaz.org xəbər verir ki, xarici jurnalistləri maraqlandıran əsas mövzulardan biri Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi olub.
Belə demək olar ki, Paşinyan baş nazir kreslosuna oturan kimi ən azından Qarabağ məsələsində Serj Sərkisyana çevrilib, yəni onun on ildir hər fürsətdə təkrarladıqlarını bir az başqa redaktədə və üslubda təkrarlayıb. Hətta daha radikal mövqe nümayiş etdirib.
Paşinyanın Qarabağ mövzusunda dediklərinin əsas məğzi aşağıdakılardan ibarət olub: Dağlıq Qarabağ ayrıca subyekt kimi qatılmadan danışıqlar mümkün deyil, güzəştlər, kompromislər barədə erməni tərəfi ancaq Azərbaycanın Dağlıq Qarabağı tanımağa hazır olmasından sonra danışmaq olar. Ermənistan əsas diqqəti silahlanmaya və təhlükəsizliyin təmin olunmasına yönəltməlidir.
Ermənistan baş naziri həmsədr ölkələrin tərəflərə təqdim etdiyi və danışıqlar masasındaı son sənəd hesab edilən Madrid prinsiplərinə də istinad etməyib. Başqa sözlə, gözlənildiyi kimi Nikol Paşinyan Qarabağ məsələsində Ermənistanın mövqeyində hansısa dəyişikliyin baş verməyəcəyini təsdiqləyib, eyni zamanda nümayiş etdirib ki, o daha radikal mövqeyə meyllidir. Yəni Dağlıq Qarabağın danışıqlarda tərəf kimi tanınması məsələsini qoyur və bunsuz danışıqlara qatılmağa lüzum görmür.
“Mən Azərbaycan prezidenti ilə danışıqlarda ancaq Ermənistanı təmsil edə bilərəm. Dağlıq Qarabağı isə onun öz rəhbərləri təmsil etməlidir. Əgər Azərbaycan bu məsələnin həllini istəyirsə onu indiki formatda, yəni tərəflərdən birinin danışıqlar masası arxasında olmadığı şəraitdə həll etmək mümkün deyil. Dağlıq Qarabağın adından ancaq onun hakimiyyəti danışa bilər”, - Paşinyan deyib.
Nikol Paşinyana görə Azərbaycan həm də Dağlıq Qarabağın “öz müqəddəratını təyin etməsi hüququnu” tanımalıdır. Əks halda erməni tərəfi hər hansı güzəştə gedə bilməz.
Xarici jurnalistlərdən biri Paşinyana Qarabağ məsələsindən sual verəndə “bu ərazilərə görə danışıqlar” ifadəsini işlədib və Ermənistanın baş naziri bu ifadədən qəzəblənib. “Hörmətli jurnalist, mən bilmirəm hansı ölkəni təmsil edirsiniz, amma siz deyirsiniz ki, “bu ərazilərə görə danışıqlar”. Biz görünür uzun müddət əmin olmuşuq ki, beynəlxalq ictimaiyyətə Qarabağ münaqişəsinin mahiyyətini çatdıra bilmişik. Amma belə görünür ki, beynəlxalq ictimaiyyətə problemin əsl mahiyyətini çatdırmaq vacibdir”, - o deyib.
Daha sonra Paşinyan Qarabağ münaqişəsinin necə başladığı haqda ənənəvi erməni mövqeyini təkrarlayıb. Habelə təmas xəttində insidentlərin araşdırılması mexanizmi barədə İrəvanın çoxdankı tezislərini təkrar edib. Bir sözlə, Ermənistanda “Qarabağ karuseli” davam edir, bu məsələdən istifadə edib hakimiyyəti qamarlayanlar 20 il sonra Qarabağ məsələsinin yaratdığı yoxsulluq, səfalət və kütləvi miqrasiya kimi problemlərə görə küçənin təzyiqi ilə gedir, onların yerinə gələnlər isə hakimiyyətdə qalmağın yeganə təminatı kimi Qarabağdan daha radikal danışmaq xəttini seçir...