Putini söyən Ermənistanda nazir müavini oldu
Rusiyada Paşinyanın axırına çıxmaq çağırışları
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
Putinin “inanclı atəşkəsi”
Aysberqin görünməyən tərəfi
Ermənistanda inqilab edib hakimiyyətə gələn Nikol Paşinyan Rusiya ilə müttəfiqlik münasibətlərində heç bir dəyişiklik olmayacağını dəfələrlə bildirsə və Putini buna əmin etməyə çalışsa da Moskvada ona münasibət heç də yaxşı deyil. Xüsusən Paşinyanın öz kabinetini ancaq qərbmeylli kadrlardan formalaşdırması Moskvanı qəzəbləndirib. Nəticədə rəsmi kanallarla olmasa da qeyri-rəsmi kanallarla və o cümlədən KİV-lər vasitəsilə Paşinyanın “axırına çıxmaq” çağırışları artmaqdadır.
Virtualaz.org xəbər verir ki, növbəti belə məqalə “Moskovskiy Komsomolets” qəzetində dərc olunub. Müəllifi isə ermənidir-Anait Ter-Qriqoryan.
Müəllif yazır ki, ola bilsin Ermənistandakı inqilab Ukrayna inqilabından fərqlənir. Ən azından Ukraynadan fərqli olaraq dinc keçib, heç kim ölməyib. Amma Gürcüstandakı “qızılgül inqilabı” da bu cür dinc keçmişdi və Şevardnadze hakimiyyətdən “könüllü” əl çəkmişdi. Doğrudur, küçənin təzyiqi ilə.
“Rusiyalı ekspertlər deyirlər ki, Paşinyan praqmatikdir və Rusiya ilə münasibətlərin Ermənistan üçün nə demək olduğunu başa düşür. Ancaq bu gün çox az adam xatırlayır ki, Mixail Saakaşvili də hakimiyyətə gələndən sonra ilk səfərini Moskvaya etmişdi və orada əvvəlcə böyük auditoriya qarşısında, sonra prezident Putinlə şəxsi görüşündə Rusiya-Gürcüstan dostluğunu qoruyub saxlayacağına and içdi. Amma axırı necə oldu, hamımız bilirik”-müəllif yazır.
Məqalədə deyilir ki, rusiyalı siyasətçilər Paşinyanın sözünə yox, əməlinə fikir verməlidir. Məsələn, onun komandasını kimlərdən formalaşdırmasına.
Müəllif Paşinyanın kabinetinin üzvlərindən əmək və sosial təminat naziri Mane Tandilyanı və təhsil naziri Araik Arutyunyanı misal gətirir. Onlardan birincisi Ermənistandakı Amerika universitetini bitirib, Amerika şirkətində işləyib. İkincisi isə Helsinki Vətəndaş Assambleyasında və “Transparency İnternational”da işləyib, hansı ki, onların hər ikisini Rusiyada “agent” kimi tanıyıblar.
Dövlət Nəzarəti Xidmətinin rəhbəri David Sanasaryan isə daha maraqlı personadır. Əvvəllər o, qərbyönümlü “İrs” partiyasının üzvü olub. Sanasaryan vaxtaşırı olaraq antirusiya aksiyalarında iştirak edib, Rusiya hərbi bazasının çıxarılmasına çağıranlardan biri olub.
Müdafiə naziri David Tonoyan da parlaq bioqrafiyaya malik biridir. 1998-ci ildən NATO-nun müttəfiq qüvvələr komandanlığında müxtəlif vəzifələr tutub. 2004-2007-ci illərdə Ermənistanın NATO-dakı nümayəndəsi olub. Ermənistandakı inqilab ərəfəsində Rusiya xüsusi xidmət orqanlarına bağlı bəzi rus saytları Tonoyanın NATO-da işləyərəkən “verbovka” olunduğunu yazıblar. Hətta kuratorunun adını da çəkiblər-ABŞ səfirliyinin hərbi attaşesi, mayor Erik Larsen.
Ən maraqlısı isə diaspor nazirinin müavini Babken Ter-Qriqoryandır. Parisdə anadan olmuş Ter-Qriqoryan orada yaşayıb və təhsil alıb. Ermənistanda Soros fondunun koordinatoru olub, “Transparency İnternational”da, HALO Trust-da işləyib. Ancaq Ter-Qriqoryan əlində Putinin ünvanına söyüş yazılmış plakat tutarkən çəkilmiş fotosu ilə daha da məşhurlaşıb.
“Bir sözlə, əla komandadır, xüsusən Rusiya ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək üçün”-müəllif ironiya ilə yazır.