NATO-nun qapısı qarşısında təhlükə
Rusiya heç bir xəbərdarlıq etmədən sərhədə raketlər, atom sualtı gəmiləri topladı
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
Dövlət Departamentindən “F-16” izahı
“Heç bir müttəfiqimiz Türkiyə qədər öz torpaqlarında terrora məruz qalmır”
-
NATO qatarı reysdən çıxdı
Xoşbəxtlikdən tələfat və itki yoxdur
-
Orduya güvən 50 faizin altında
ABŞ ictimaiyyəti Əfqanıstandan çıxmanı inamsızlığın ən böyük səbəbi sayır
-
“Patriot” müzakirələri
NATO Ukraynaya HHM sistemlərini danışarkən Rusiyadan təhdid özünü yetirdi
-
“Putinin strategiyası işə yaramadı”
Bıinken: “Milyonları soyuğa və qaranlığa sürüklədi”
-
“Türkiyə tarix təyin etməyib”
Finlandiyadan NATO bəyanatı: “İrəliləyiş olacaq”
-
Bağlı qapılar arasında açıq söhbət
NATO zirvəsində nə danışılıb?
-
Parisin Ankara narahatçılığı
Türkiyənin İsveçdən PKK tələbi Fransanın dövlət kanalını göynədib
-
“Rusiyaya qalib gələ bilərik”
“hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var”
-
“Geri addım atmayacağıq”
NATO-dan Türkiyəyə dəstək mesajı
-
“İmkan verməyəcəyik”
NATO Putinin yeni planını açıqladı
Rusiyanın NATO-ya əzələ nümayiş etdirmək üçün elan edilməyən təlimlər keçirməsi növbəti dəfə narahatlığa səbəb olub. Rusiya təlimləri Norveç sərhədi yaxınlığında keçirir, amma bununla bağlı Norveç hakimiyyətinə heç bir xəbərdarlıq etməyib.
İyunun 13-də Rusiyanın Şimal donanmasının gəmiləri hərbi təlimlərə başlayıb. Rusiya Müdafiə Nazirliyi bildirir ki, hərbi qulluqçulara döyüş təlimləri zamanı ciddi şəkildə təhlükəsizlik qaydalarına riayət etmələri göstərişi verilib.
Modern.az saytının “The Independent Barents Observer” nəşrinə istinadən xəbərinə görə, Barens dənizi ətrafındakı rayonlar sərnişin gəmiləri və təyyarələri üçün bağlanıb.
Məlumata görə, Rusiyanın 36 hərbi gəmisi Barens dənizinə yerləşdirilib. Bundan başqa səmaya 20 döyüş təyyarəsinin qalxacağı gözlənilir.
Kolski yarımadasının sahili boyunca artilleriya, raket qurğuları daxil olmaqla 150-dən çox hərbi texnikanın yerləşdiriləcəyi gözlənilir. Rusiyanın təlimləri növbəti həftəyə qədər davam edəcək.
“Rusiya tərəfindən bir neçə ildir ki, donanma səviyyəsində yüksək fəallıq müşahidə olunur” – bunu Norveç komandanlığının Operativ Qərargahının nümayəndəsi, general-leytenant İvar Muen deyib.
Onun sözlərinə görə, Rusiya bu təlimlərlə bağlı Norveçə heç bir xəbərdarlıq etməyib.
Məlumatlara görə, atom sualtı gəmiləri də təlimlərdə iştirak edir. Amma onun hansı sinfə mənsub olduğu haqda məlumat verilmir.