vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
00:33 | 17 iyun 2018 | Bazar Məqaləyə 1309 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Polonez”in “İsgəndər”dən üstünlüyü nədədir?

Yeni silahların qüvvələr balansını dəyişməsi düşmən ciddi narahat edib

Bir neçə gün əvvəl Belarus respublikasından aldığımız polonez reaktiv yaylım atəşi sistemlərinin ordumuzun ixtiyarına verilməsi düşməni ciddi narahat edir. Çünki narahatlıq üçün səbəbləri var. Elə “Polonez”lərlə bağlı erməni KİV-in rusiyalı ekspertlərdən aldıqları cavablar da onları sevindirməyib. Rusiyanın siyasi və hərbi təhlil institutunun direktor müavini, tanınmış hərbi ekspert Aleksandr Xramçixin erməni mediasına müsahibəsində bildirib ki, istənilən tip yeni silahların alışı cənubi Qafqazda qüvvələr balansını Azərbaycanın xeyrinə pozur.

Vaxt.az xezerxeber.az-a istinadən bildirir ki, Rusiyanın siyasi və hərbi təhlil institutunun direktor müavini, tanınmış hərbi ekspert Aleksandr Xramçixin erməni mediasına müsahibəsində belə deyib. Rusiyalı ekspertin fikrincə, ordunu mütəmadi olaraq yeni və hər dəfəsində daha ağır, bahalı silahlarla təchiz edən Bakı göstərir ki, müharibəyə ciddi hazırlaşır: “Azərbaycan öz hərbi imkanlarının genişləndirir. “Polonez” sitemlərindən konkret olaraq necə istifadə olunacağını isə taktki və strateji vəziyyət göstərəcək. Hər şey müharibənin necə davam edəcəyindən asılıdır. Nə vaxt başlayacağından asılı olmayaraq, Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası qaçılmazdır. Səbəb isə odur ki, münaqişə tərəflərinin mövqeləri əvvəlki kimi yenə bir-birinə ziddir. Və bu məsələni müharibəsiz necə həll etməyin mümkünlüyünü anlamaq olduqca çətindir”, - deyə Xramçixin bildirib.

Rusiyalı hərbi ekspert vurğulayıb ki, Azərbaycan həm canlı qüvvə, həm də hərbi texnika baxımından Ermənistanı üstələyir. Hətta döyüş qabiliyyəti və keyfiyyət cəhətdən də Azərbaycan olduqca uğurlu nəticələr göstərir. Bu mənada Xramçixin Azərbaycan hərbi hava qüvvələrinin gücünü xüsusilə vurğulayıb.