vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
OLAY  
23:27 | 23 iyun 2018 | Şənbə Məqaləyə 1321 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Polis” avtobusun açarını qırdı...

... 20 qəpik ödəməmək üçün

Bakıda özünü polis əməkdaşı kimi təqdim edən şəxs avtobusa kartsız minmək istəyib. Vaxt.az “Xəzər TV”yə istinadən xəbər verir ki, hadisə metronun “20 Yanvar” stansiyasının yaxınlığında, 18 saylı marşrut avtobusunda baş verib.

Bir gənc əvvəlcə əlində qırmızı bir vəsiqə göstərib, sonra əli ilə çiynini göstərərək polis olduğunu işarə edib. Bu şəkildə avtobusa pulsuz minmək istəyib.

Sürücüsü isə sərnişindən kart vasitəsi ilə ödəniş etməsini tələb edib. Bundan sonra mübahisə böyüyüb. Həmin şəxs avtobusun açarını qıraraq hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı marşrut xəttinin məxsus olduğu şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma aparılır.