vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
23:56 | 25 iyun 2018 | Bazar ertəsi Məqaləyə 1597 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yarımmüharibə vəziyyətindəyik”

Nikol Paşinyan: “Qarabağda misli görünməmiş vəziyyət yaranıb”

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsindən canlı yayım zamanı istifadəçilərdən birinin Qarabağdakı vəziyyət barədə sualına cavab verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan onun baş nazir seçilməsindən bu yana Qarabağda “misli görünməmiş vəziyyət yarandığını” açıqlayıb.

“Bu dövr ərzində atışmaların intensivliyi misli görünməmiş dərəcədə aşağı olub. Bəzən 2000-ci illər səviyyəsinə enib. Mənim baş nazir seçilməyimdə sonra biz atəşkəsin pozulmasının misli görünməmiş dərəcədə aşağı səviyyəsini müşahidə edirik. Təəssüf ki, itkilərimiz oldu. Habelə təmas xəttində qoşunların hərəkəti və Naxçıvanla sərhəddə gərginlik müşahidə olunur”, - Ermənistanın baş naziri bildirib.

Bununla belə Paşinyan deyib ki, müharibəyə həmişə hazır olmaq lazımdır. O, “bir anlıq da sayıqlığı itirməmək” barədə əmr verdiyini deyib.

“Sonda münaqişə həllini tapmayıb - biz yarımmüharibə vəziyyətindəyik və işimizi davam etdirməliyik, silahlı qüvvələr də öz işini görməlidir. Hər şey necə varsa elə. Biz qoşunlarımızın döyüş qabiliyyətinin artırılması üzərində işləyirik. Qanunsuzluqların qarşısı alınmalı, əsgər payının oğurlanmasına yol verilməməli, əsgərlərin mümkün qədər rahat xidmət keçməsi üçün şərait yaradılmalıdır. Qarabağdakı şərtlər indi situasiyanın sakitliyi baxımından misli görünməmişdir”, - Paşinyan əlavə edib.

Ermənistan baş naziri deyib ki, erməni tərəfi müdafiə olunmağa hazırdır, amma müharibəni birinci başlamayacaq.