vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
09:13 | 12 iyul 2018 | Cümə axşamı Məqaləyə 5834 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sərkisyan güzəştə hazır olduğu üçün devrildi”

Rusiyalı analitik: “Ermənistanı terrorçular yaradıb, idarə edib, hazırda hakimiyyətdə olanlar da terrorçudur”

Ermənistan birinci dəfə deyil ki, Qarabağın işğaldan azad edilməsi prosesini pozur. 1999-cu ildə bunu ölkə parlamentində terror aktı ilə etmişdilər, 2018-ci ildə isə gözlənilməz maydan və Serj Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılması və Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə.

Hadisələrin bu cür inkişafı fonunda Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşündən hər hansı bir irəliləyiş gözləməyə dəyərdimi?

Cavab məlumdur: Xeyr. Qarabağ üzrə uğurlu danışıqlar Ermənistana lazım deyil, çünki onlar özündə güzəştləri ehtiva edir və Ermənistan bunların heç birinə razı deyil.

“KavkazPlus” xəbər verir ki, məşhur rusiyalı jurnalist Maksim Şevçenko maraqlı xəbərlə bölüşüb. Xatırladaq ki, o, rusiyalı siyasətçilər və ictimai xadimlərdən ibarət nümayəndə heyətinin tərkibində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təşkil edilmiş konfransda iştirak etmişdi.

İlk növbədə, Maksim Şevçenko səlis və birmənalı şəkildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını vurğulayıb.

“Biz işğal edilmiş rayonlara gedirdik. Bütün beynəlxalq hüquq normalarına görə, Füzuli, Laçın, Cəbrayıl, Ağdam və başqa bu kimi rayonlar Azərbaycan Respublikasının ərazisidir və erməni silahlı qruplaşmaları tərəfindən Rusiyadakı Yeltsin rejiminin dəstəyi ilə 1990-cı ilin əvvəllərində işğal olunub. Ermənilərdən kim deyə bilər ki, bu belə deyil, bu Ermənistan ərazisidir? Mən qeydləri oxuyuram ki, “buralar bizim qədim torpaqlarımızdır, biz orada həmişə yaşamışıq” – bilirsinizmi, bu söhbətləri bir kənara qoymaq lazımdır. Erməni qoşunları Azərbaycanın işğal edilmiş rayonlarından çıxmalı və oraya təxminən 1 milyon nəfərə yaxın azərbaycanlı qayıtmalıdır.

Bundan sonra Bakı Dağlıq Qarabağa azərbaycanlı qaçqınların qayıtması şərtilə Dağlıq Qarabağın statusunu müzakirə etməyə razıdır”, - Maksim Şevçenko xatırladıb.

Rusiyalı analitik daha sonra xəbər verir ki, hakimiyyətdən uzaqlaşdırılmış keçmiş prezident Serj Sərkisyanla bu ərazilərin işğaldan azad olunması ilə bağlı razılıq əldə edilmişdi, lakin erməni “maydan”ı bu razılaşmanın həyata keçirilməsinə imkan yaratmadı.

Əgər Ermənistandakı faktiki dövlət çevrilişindən sonra Rusiya Ermənistana hər cür yardımı dayandırarsa, bu ölkədə yalnız ABŞ-ın nüfuzunu artırar. Nəşr hesab edir ki, Amerika artıq Ermənistanı özünə tabe edib. “Bundan əlavə, onlar Rusiyada yaşayan erməni diasporunun timsalında Rusiyaya düşmən mövqeyində dayanan “beşinci kolon” əldə ediblər”.

Aydın məsələdir ki. bundan sonra Sərkisyan və tərəfdarları işğaldan azad olunma ilə bağlı sazişin mövcudluğunu inkar edəcəklər. Onları anlamaq olar. Çünki bu onlar üçün ölüm hökmünə bərabərdir. Onsuz da, hazırda Sərkisyanın ailə üzvlərinə qarşı “ov” başlayıb. Belə bir fakt da meydana çıxsa, “xainlər”lə hesablaşma qaçılmazdır.

Erməni siyasətçilər qonşuları ilə barışıq istiqamətində düşünülmüş addımlar atmağa hazırlaşan kimi onları ya fiziki olaraq məhv edirlər, ya da hakimiyyətdən uzaqlaşdırırlar.

“KavkazPlus” bu deyilənlərdən belə bir nəticə çıxarır: “...Özü özlüyündə Ermənistan təbiətinə görə terrorçu dövlətdir. O, terrorçu daşnaklar tərəfindən yaradılıb, terrorçular tərəfindən idarə olunub, hazırda fakt üzrə orada hakimiyyətdə olanlar terrorçudur. Onlar sahiblərini dəyişiblər, hazırda tamamilə Amerikanın oyuncaqlarıdır, lakin bununla belə terrorçu mahiyyətləri dəyişilməyib”.