vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
12:59 | 6 avqust 2018 | Bazar ertəsi Məqaləyə 1943 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Cavab addımlarına gətirib çıxaracaq”

5 günlük müharibənin 10 illiyində Medvedyevdən növbəti hədə dolu bəyanat

Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqustunda baş vermiş 5 günlük müharibənin 10 ilinin tamam olduğu bir vaxtda baş nazir Dmitri Medvedyev Tiflisi hədələyib.

Rusiyanın baş naziri Gürcüstanın NATO-ya üzv olmasının “dəhşətli münaqişəyə səbəb ola biləcəyini” deyib. Bu xəbərdarlıq Gürcüstanda NATO-nun “Noble Partner 2018” təlimlərinin davam etdiyi bir vaxtda səslənib. Rusiya cavab olaraq özünün separatçı Abxaziya bölgəsindəki qoşunlarının irimiqyaslı təlimlərini başladıb.

2008-ci ilin avqustunda Medvedyev Rusiya prezidenti idi və Gürcüstana hərbi müdaxilə barədə əmri (formal da olsa) o vermişdi.

“Gürcüstanın NATO-ya daxil olması dəhşətli münaqişəyə səbəb ola bilər, anlaşılmır ki, bu nəyə gərəkdir”-Medvedyevin bu sözlərini TASS sitat gətirir.

Baş nazir bildirib ki, 10 il əvvəl Gürcüstanla Cənubi Osetiya arasında münaqişə qaçılmaz deyildi. “Heç nə qaçılmaz olmayıb”-Medvedyev bildirib.

Bundan əvvəl prezident Vladimir Putin Gürcüstanın NATO-ya üzvlüyünün “cavab addımlarına gətirib çıxaracağı” haqda xəbərdarlıq edib.

2008-ci ilin avqustunda Gürcüstan qoşunlarının Sxinvaliyə daxil olmasının ardınca Rusiya ordusu Roksk tunelindən keçməklə bu ölkəyə hərbi müdaxilə edib. Gürcüstan qoşunları tələfat verərək Cənubi Osetiyadan çəkilib, sonrakı günlərdə Rusiya ordusu Qori şəhərini tutub və Tiflisin 30 kilometrliyinə qədər irəliləyib. Fransa başda olmaqla Avropa dövlətlərinin vasitəçiliyi ilə 5 günlük müharibədən sonra atəşkəs əldə edilib, ruslar Qorini tərk etsə də Cənubi Osetiya və Abxaziya faktiki ilhaq olunub. Bu separatçı bölgələrin “müstəqilliyi” Rusiya tərəfindən tanınıb, Rusiya həmin bölgələrdə iri qoşun qruplaşması yerləşdirib.