vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
12:21 | 9 avqust 2018 | Cümə axşamı Məqaləyə 1780 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyan 3 gündür ki, Azərbaycanda imiş

Ermənistanın keçmiş prezidenti “Qarabağ klanı”na sığınıb

Əvəz ZEYNALOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan müalicə üçün getdiyi İtaliyadan geri qayıdıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sərkisyan Azərbaycanın işğal edilmiş Xankəndi şəhərinə istiqamətlənib.

Onun həmçinin məzuniyyətdə olduğu bildirilən İtaliyadan qayıtdıqdan sonra qısa müddətdə olsa da İrəvanda qaldığı bildirilir.

Sərkisyanın artıq 3 gündür ki, Xankəndidədir.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsindən sonra Serj Sərkisyanın həm məzuniyyət, həm də, müalicə üçün Avropaya üz tutduğu bildirilirdi. Sərkisyanın qayıdan kimi Köçəryanın müdafiəsinə qalxmış separatçı rejimin ixtiyarında olan ərazilərə çəkilməsi isə onun “Qarabağ klanı”na sığındığını göstərir.

Qeyd edək ki, Robert Köçəryan 2008-ci ilin mart hadisələri, yəni seçkilər zamanı konstitusion quruluşu devirməyə görə həbs edilib. Həmin seçkilərdə Serj Sərkisyan ölkə prezidenti seçilib.